525.Az

ABŞ-də həyəcan: Bir körpə öldü, 9 nəfər xəstəxanaya yerləşdirildi


 

ABŞ-də həyəcan: <b style="color:red">Bir körpə öldü, 9 nəfər xəstəxanaya yerləşdirildi</b>

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bir körpənin "listeriya" bakteriyası səbəbindən öldüyünü açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, CDC, ABŞ-nin Kaliforniya əyalətində bir körpənin öldüyünü, Listeria bakteriyasına görə 9 nəfərin isə dörd ştatda xəstəxanaya yerləşdirildiyini bildirib.

Açıqlamada, Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 hadisənin qeydə alındığı vurğulanıb.

Bakteriyaların "Yu-Shang Food" adlı markanın şirniyyat məhsullarından ötürülməsi ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.

Malik Atilay 

 





25.11.2024    çap et  çap et