525.Az

Britaniya polisi PKK ilə əlaqəli altı şəxsi həbs edib


 

Britaniya polisi PKK ilə əlaqəli altı şəxsi həbs edib<b style="color:red"></b>

Britaniya polisi Londonda kürd ictimai mərkəzində axtarış aparıb və ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətində şübhəli bilinən altı nəfəri həbs edib.

525.az bu barədə Report -a istinadən məlumat verir.

Polisin məlumatına görə, həbs edilənlər 23-62 yaş arasında olan dörd kişi və iki qadındır.

Bildirilib ki, ictimaiyyət üçün birbaşa təhlükə yoxdur.

 





27.11.2024    çap et  çap et