525.Az

Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib


 

Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.

525.az “Report”-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxtın hava limanında Rusiya Federasiyasının Prezidentini qarşılayıb.

Bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.

Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.

 





27.11.2024    çap et  çap et