525.Az

Niderland uzaqmənzilli raketlərin hazırlanması təşəbbüsünə qoşulub


 

Niderland uzaqmənzilli raketlərin hazırlanması təşəbbüsünə qoşulub<b style="color:red"></b>

Niderland uzaqmənzilli raketlərin hazırlanması üzrə Fransanın təşəbbüsünə qoşulmaq qərarına gəlib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans sosial şəbəkədə yazıb.

“Rusiyanın təcavüzünü dayandırmaq üçün Avropa ölkələrinə uzaqmənzilli raketlər lazımdır. Buna görə də Parisdə Niderlandın onların hazırlanması üzrə Fransa təşəbbüsündə iştirak etmək istədiyini elan edirəm”, – o bildirib.

Qeyd edək ki, Fransanın ELSA (European Long-Range Strike Approach) təşəbbüsü çərçivəsində Avropa ölkələri uçuş məsafəsi 1 mindən 2 min kilometrədək olan yerüstü bazalaşdırılmış qanadlı raketlər hazırlamaq istəyirlər. Layihədə həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və İsveç iştirak edir.

 





28.11.2024    çap et  çap et