525.Az

Qrenlandiyada gizli baza tapıldı


 

Qrenlandiyada gizli baza tapıldı<b style="color:red"></b>

NASA ekspertləri xüsusi radar vasitəsilə Qrenlandiyada buzlaqlar altında atılmış baza aşkar ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən əsrin ortalarında gizli layihələndirilən "Buz qurdu"nun qalıqlarıdır.

Mütəxəssislər bazanı təyyarədən müşahidə ediblər və buzların 30 metr altında tunellərin olduğunu müəyyənləşdiriblər.

Məlum olub ki, qalıqlar 1950-ci ildə tikintisinə başlanılan "Buz qurdu"nun indiyə qalan hissələridir. 1967-ci ildə tikintisi dayandırılan layihə istifadəsiz qaldığından zamanla buzlaqların altında "gizlənib".

L.Tağıyeva

 





27.11.2024    çap et  çap et