525.Az

Rusiyanın ən təhlükəsiz şəhəri


 

Rusiyanın ən təhlükəsiz şəhəri<b style="color:red"></b>

Rusiya Federasiyası höküməti yanında Maliyyə Araşdırması Universiteti Vladiqafqazı Rusiyanın ən təhlükəsiz şəhəri seçib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mərkəzi federal dairə üzrə nümayəndəsi İqor Şeqolev və universitetin rektoru Vyaçeslav Prokofyev bununla bağlı mükafatı şəhər meri Vyaçeslav Mildzixova təqdim ediblər. 

Təqdimetmə mərasimi dünən Moskvada, universitetin təşkil etdiyi 9-cu Beynəlxalq Forumda baş tutub.

Qeyd edək ki, "ən təhlükəsiz şəhər" adına Moskva, Sankt-Peterburq, Kazan və Soçi şəhərləri də namizəd olublar.

L.Tağıyeva

 





28.11.2024    çap et  çap et