525.Az

Ailə Strategiyası hazırlanacaq


 

Ailə Strategiyası hazırlanacaq<b style="color:red"></b> Azərbaycanda Ailə Strategiyası hazırlanacaq.

Lent.az-ın məlumatına görə, bu barədə 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda qeyd olunub.  Strategiya ilə bağlı bir neçə dövlət qurumuna tapşırıq verilib.
 
Belə ki, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumlar adıçəkilən strategiyasının hazırlanmasında iştirak edəcək. Strategiyanın yaxın illər ərzində qəbul edilməsi də nəzərdə tutulub.

Ölkədə həmçinin erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçiriləcək. Bu işi Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, BMT-nin Əhali Fondu, KİV-lər cəlb edilməklə həyata keçiriləcək.

Qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də Dövlət Proqramında nəzərdə tutulub.
 
 





15.11.2014    çap et  çap et