525.Az

Sepahın briqada generalı Suriyada silahlı hücumda ölüb


 

Sepahın briqada generalı Suriyada silahlı hücumda ölüb<b style="color:red"></b>

Suriyanın Hələb bölgəsində silahlıların hücum nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) komandanının müşaviri briqada generalı Kiumərs Purhaşimi (Kiumars Pourhashemi) ölüb.

525.az “Report”-a istinadən xəbər verir ki, məlumatı SNN agentliyi yayıb.

Məlumata görə, ötən gün prezident Bəşşar Əsədə aid hərbi birləşmələrlə müxalifətin silahlı qüvvələri ilə Suriyanın Hələb bölgəsində döyüş olub.

Çoxlu sayda ölən və yaralanan olub.

 





28.11.2024    çap et  çap et