525.Az

"Şuşa Kuboku 2024" turniri keçiriləcək


 

"Şuşa Kuboku 2024" turniri keçiriləcək<b style="color:red"></b>

29 noyabr-1 dekabr tarixlərində "Şuşa Kuboku 2024" turniri keçiriləcək.

525.az xəbər verir ki, yarışa “Sərhədçi” İdman Olimpiya Mərkəzi ev sahibliyi edəcək. Möhtəşəm yarış Şuşanın və milli döyüş irsimizin șərəfinə təşkil ediləcək. Həm həvəskar, həm də peşəkar döyüşçülərin iştirak edəcəyi turnirdə güc və əzm nümayişi gözlənilir.

Turnirdə Azərbaycanda ilk dəfə müasir innovativ xalvermə texnologiyası tətbiq olunacaq - xal hesablanması elektron șəkildə aparılacaq və nəticələr real vaxtda izlənə biləcək.

 





28.11.2024    çap et  çap et