525.Az

RTV-nin 7 yaşı tamam oldu


 

RTV-nin 7 yaşı tamam oldu<b style="color:red"></b>

“Regional” Televiziya 7 yaşını qeyd edir.

Lent.az-ın məlumatına görə, kanal 2007-ci il noyabrın 15 noyabrda Azərbaycanın şimal regionundan - Xaçmazdan yayıma başlayıb. Ölkənin şimal bölgəsində yayımlanan televiziya Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarını əhatə edir.

Quba rayonunun Dağlı kəndi və Siyəzən rayonunda Gilgilçay qəsəbəsi ərazisində yerləşdirilən ən son model teleötürücülər regionda ən keyfiyyətli yayım həyata keçirməyə imkan verir. Buna paralel olaraq televiziya www.regionaltv.az saytı vasitəsilə onlayn yayım həyata keçirir.

RTV fəaliyyətə başladığı ilk gündən Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. RTV 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib. Televiziya həm də, respublikada dublyaj studiyası olan ilk regional kanalıdır.

Telekanalın xəbərlər xidməti fəaliyyətə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibəti ilə rəğbət qazanıb. “Xəbər Vaxtı” informasiya buraxılışı “yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına” görə, “Media Açarı 2010” mükafatına layiq görülüb.

2014-cü ilin may ayından etibarən televiziyanın istehsalı olan proqramlar “Region TV” loqosu altında dünyaya yayımlanır.

7 yaşlı RTV artıq “7-dən 77-yə hər kəsin kanalı”dır.

 





15.11.2014    çap et  çap et