525.Az

Millimiz Rusiya yığması ilə yoldaşlıq görüşü keçirdi


 

Millimiz Rusiya yığması ilə yoldaşlıq görüşü keçirdi<b style="color:red"></b>

Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.

525.az xəbər verir ki, millimiz Rusiya yığması ilə qarşılaşıb. FİŞT Olimpiya Stadionunda baş tutan oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, komandalar dekabrın 2-də “Soçi” klubunun məşq bazasında növbəti yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

 





28.11.2024    çap et  çap et