525.Az

İspaniyada dronla narkotik daşıyan banda zərərsizləşdirilib


 

İspaniyada dronla narkotik daşıyan banda zərərsizləşdirilib<b style="color:red"></b>

İspaniya hüquq-mühafizə orqanları ölkəyə dronla narkotik maddə daşıyan bandanın üzvlərini həbs edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.

Narkotacirlərin istifadə etdikləri dronlar Ukrayna istehsalıdı. Hər dronun 50 km məsafəyə 10 kq-a yaxın narkotik maddə daşımaq imkanı var. Narkotik maddələr Mərakeşdən gətirildiyindən dronlar eniş etmədən bağlamaları İspaniya ərazisinə ataraq geri dönə bilirmişlər.

Qeyd edək ki, polis qruplaşmanın 10 üzvünü həbs edib, 3 dron, xeyli narkotik maddə və pul müsadirə olunub.

L.Tağıyeva

 





28.11.2024    çap et  çap et