525.Az

Suriyada ən qədim əlifba tapıldı


 

Suriyada ən qədim əlifba tapıldı<b style="color:red"></b>

Con Hopkins Universitetinin alimləri Suriyanın qədim Tell-Umm-əl-Marra şəhərində qədim əlifba aşkarlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapılan gildən hazırlanmış silindilərin üzərindəki əlifbanın 4 min yaşı var.

Yaxşı halda qalan barmaq böyüklükdə olan silindirlər qəbirlərin birində aşkarlanıb. Qazıntı zamanı qəbirdə 6 insan skeleti, qızıl və gümüş məmulatları, saxsı qablar, silahlar üzə çıxıb. 

Analizlər nəticəsində bütün eksponatların e.ə. 2400-cü ilə aid olduğu məlum olub. 

Qeyd edək ki, buna kimi e.ə. 1900-ci ilə aid olan dünyada ən qədim əlifbanın Misirdə tapıldığı məlum idi.

L.Tağıyeva

 





28.11.2024    çap et  çap et