525.Az

FİFA-dan Afrika ölkəsinə qadağa


 

FİFA-dan Afrika ölkəsinə qadağa<b style="color:red"></b>

FİFA Burkino-Faso Futbol Federasiyasına Rusiya ilə yoldaşlıq oyunu keçirməyi qadağan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Burkino-Faso Futbol Federasiyasının sözçüsü Kader Traore məlumat verib.

Buna ilkin səbəb kimi 2022-ci ildə Rusiyanın FİFA və UEFA tərəfindən üzləşdiyi sanksiya göstərilir.

Qeyd edək ki, sanksiyadan sonra 2023-cü ildə Rusiya yığması Afrika təmsilçiləri Keniya, Misir və Kamerunla yoldaşlıq oyunu keçirib. Buna rəğmən, FİFA-nın Burkino-Faso ilə oyuna qarşı çıxması maraq doğurur.

L.Tağıyeva

 





29.11.2024    çap et  çap et