525.Az

Rusiya XİN: Ermənistanla razılaşmalara sadiqik


 

Rusiya XİN: Ermənistanla razılaşmalara sadiqik<b style="color:red"></b>

Rusiya Ermənistanla razılaşmaların bütün spektrinə sadiqdir və hərbi-siyasi sahədə öz öhdəliklərindən imtina etmir.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya-Ermənistan ictimai forumunda bildirib.

“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birlik çərçivəsində bütün razılaşmalara sadiq olub və sadiq qalır. Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən imtina etmirik”, - Qaluzin vurğulayıb.

 





29.11.2024    çap et  çap et