|
|
|
|
Bu gün Cenevrə Qlobal Mətbuat Mərkəzinin (GGMC) icraçı köməkçisi Azzam Hassan Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) məktub ünvanlayıb.
525.az xəbər verir ki, GGMC rəsmisi əvvəlcə BAMF Prezidenti Umud Mirzəyevin simasında təşkilatın heyətini salamlayıb, təşkilatının media azadlığı, münaqişələrin həlli, təhsil və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrindəki BAMF-ın fəaliyyətinə dərin rəğbətini ifadə edib. GGMC-nin tarixi, missiyası haqqında ətraflı məlumat verən A.Hassan BAMF-a GGMC-nin adından jurnalist təhlükəsizliyi sahəsində əməkdaşlıq təklif edib. GGMC rəsmisi bu əməkdaşlığın iki qurumun birgə platforma yaradaraq, beynəlxalq səviyyədə jurnalist təhlükəsizliyini təmin etmək və media azadlığını təşviq etməkdə önəmli rol oynaya biləcəyini xüsusi vurğulayıb. A.Hassan onu da bildirib ki, BAMF və GGMC-nin bu təşəbbüsü, insan hüquqları müdafiəçiləri, media qurumları və beynəlxalq təşkilatlar arasında yeni bir əməkdaşlıq modelinin yaradılmasına imkan verəcək və təşəbbüs jurnalistlərin müdafiəsi üçün təcrübə mübadiləsi və beynəlxalq standartların tətbiqi üçün geniş imkanlar yaradılması nəzərdə tutulur. GGMC rəsmisi onu da vurğulayıb ki, təşkilatı BAMF-ın cavab məktubunu və əməkdaşlıqla bağlı müzakirələri səbirsizliklə gözləyir.
Xatırladaq ki, GGMC İsveçrənin Cenevrə şəhərində yerləşən və beynəlxalq jurnalistlər tərəfindən təsis edilmiş müstəqil qurumdur. Mərkəzin missiyası jurnalistlərin hüquqlarını qorumaq və media azadlığına dəstək olmaqdır.