|
|
|
|
Bu ilin yanvar-oktyabr aylarında "Azərenerji" ASC 93,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
525.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 254,6 milyon ABŞ dolları və ya 3,7 dəfə azdır.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 22,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,8 milyard ABŞ dolları təşkil edib ("APA-Economics").