525.Az

Hakan Fidan qətərli həmkarı ilə Suriya və Qəzzadakı vəziyyəti müzakirə edib


 

Hakan Fidan qətərli həmkarı ilə Suriya və Qəzzadakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefonla danışıb.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, danışıq zamanı Suriyadakı vəziyyət və Qəzzada atəşkəsə dair addımlar müzakirə edilib.

 





30.11.2024    çap et  çap et