525.Az

Sumqayıtda binada yanğın - Zərərçəkən var


 

Sumqayıtda binada yanğın - <b style="color:red">Zərərçəkən var</b>

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, açarı və 3 paq.m. kabel yanıb.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı tüstülənmiş mənzildən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





01.12.2024    çap et  çap et