525.Az

İsraildə yeni aksiyalar dalğası başlayıb


 

İsraildə yeni aksiyalar dalğası başlayıb<b style="color:red"></b>

İsrailin paytaxtı Təl-Əvivdə minlərlə israilli yenidən kütləvi nümayişlərə çıxaraq hakimiyyətdən Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini tələb edib.

525.az APA-ya istinadən xəbər verir ki, ən böyük aksiya Təl-Əvivin şərqində, hökumət binaları kompleksi yaxınlığında keçirilib.

Fəallar qeyd ediblər ki, bir il əvvəl məhz danışıqlar və hərbi əməliyyatların müvəqqəti dayandırılması girovların bir qismini azad etməyə imkan verib.

 





01.12.2024    çap et  çap et