525.Az

Qvardioladan "Liverpul" azarkeşlərinə cavab


 

Qvardioladan "Liverpul" azarkeşlərinə cavab<b style="color:red"></b>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"un azarkeşlərinə verdiyi cavabdan danışıb. 

QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o deyib: "Mən 6 dəfə Premyer Liqanı qazanmaqda qürur duyuram. Onların azarkeşlərinin mənə səhər qovulacağımı deməklərini gözləmirdim. Amma hər şey yaxşıdır. Sən qalib gələndə, gülürsən". 

Qeyd edək ki, bu gün İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Liverpul" - "Mançester Siti" matçından (2:0) sonra Qvardiola rəqib komandanın azarkeşlərinə cavab olaraq 6 işarəsi göstərib. 

 





01.12.2024    çap et  çap et