525.Az

Husilər ABŞ-nin esminesini və üç təchizat gəmisini vurduqlarını açıqlayıb


 

Husilər ABŞ-nin esminesini və üç təchizat gəmisini vurduqlarını açıqlayıb<b style="color:red"></b>

Yəmənin husilər hərəkatı Ərəb dənizində ABŞ-nin esminesinə və üç təchizat gəmisinə ən azı 16 raket və pilotsuz təyyarə ilə hücum edib.

525.az APA-ya istinadən  xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalına məlumat verib.

Sarianın sözlərinə görə, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük gəmisi hücuma məruz qalıb.

O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.

 





01.12.2024    çap et  çap et