525.Az

Tbilisidəki etiraz aksiyalarında saxlanılanların 30 %-i xarici vətəndaşlardır


 

Tbilisidəki etiraz aksiyalarında saxlanılanların 30 %-i xarici vətəndaşlardır<b style="color:red"></b>

Tbilisidəki etiraz aksiyalarında saxlanılanların 30 %-i xarici vətəndaşlardır.

525.az"Report"a istinadən xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze brifinqdə bildirib.

M.Mdinaradze qeyd edib ki, saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var.

"Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan əlavə, keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan üçün” və “Birləşmiş Milli Hərəkat” partiyasının fəalları da olub", - partiya rəsmisi deyib.

 





03.12.2024    çap et  çap et