525.Az

Azərbaycanlı futbolçu Çempionlar Liqasında oyun keçirdi


 

Azərbaycanlı futbolçu Çempionlar Liqasında oyun keçirdi<b style="color:red"></b>

Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov Malayziyanın “Johor” klubunda növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin komandası Asiya Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda doğma meydanlarında Tailandın "Buriram Yunayted" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə bitib. 

İsrafilov bu matça əsas heyətdə çıxıb və 90 dəqiqə meydanda qalıb. 

Qeyd edək ki, "Johor" Asiya Çempionlar Liqasının turnir cədvəlində 6 turdan sonra 8 xalla 6-cı yerdədir. 

 





03.12.2024    çap et  çap et