525.Az

Almaniyalı nazir Çini tənqid edib


 

Almaniyalı nazir Çini tənqid edib<b style="color:red"></b>

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Çinə səfərindən əvvəl Pekin administrasiyasını tənqid edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Çinin Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəyə reaksiya göstərərək: “Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünya sülhü və təhlükəsizliyi üçün məsuliyyət daşımaq əvəzinə, onlara iqtisadi və silah yardımı edir", - deyib. 

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin sülh üçün təhdid olduğunu müdafiə edən Baerbok: "Çin ilə əlaqələrimizdə bunu görməzlikdən gələ bilməməyimiz Pekində danışacağım başqa bir mövzudur", - deyə əlavə edib.

Malik Atilay

 





04.12.2024    çap et  çap et