525.Az

Bakıda üçnövçülük üzrə Azərbaycan çempionatı keçiriləcək


 

Bakıda üçnövçülük üzrə Azərbaycan çempionatı keçiriləcək<b style="color:red"></b>

Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək.

525.az-a Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq.

İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.

 





04.12.2024    çap et  çap et