525.Az

117 yaşlı avtomobil hərraca çıxarılacaq


 

117 yaşlı avtomobil hərraca çıxarılacaq<b style="color:red"></b>

Gələn il Mayamidə 1907-ci ildə istehsal olunmuş "Itala 120 HP" markalı idman avtomobili hərraca çıxarılacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dünyaca məşhur "RM Sotheby's" hərrac şirkətinin rəsmi saytında məlumat paylaşılıb.

15 litr həcmli, 1200 at gücünə malik mühərriki olan bu idman avtomobilindən günümüzə cəmi 2-i gəlib çıxıb. Avtomobil britaniyalı pilot, rekordçu Henri Siqreyvə məxsus olub. Ötən əsrin əvvəllərində bir neçə yarışda sürülən "Itala" 1965-ci ildə İndianapolis muzeyinə verildikdən sonra əsaslı təmir olunub. 4 pilləli sürət qutusu, şassi, mühərrik və digər detallara "əl gəzdirilsə" də, dəyişdirilməyib.

Qeyd edək ki, tam işlək vəziyyətdə olan 117 yaşlı idman avtomobilinin ilkin qiyməti 2-3 milyon dollar arasında olacaq.

L.Tağıyeva

 





04.12.2024    çap et  çap et