525.Az

Kobaxidze: Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur


 

Kobaxidze: Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur<b style="color:red"></b>

Gürcüstan Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır və o, müxalifət lideri ola bilməyəcək.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın siyasi yutub kanalına müsahibəsində deyib.

“Bəziləri onu (Zurabişvilini - red.) radikal müxalifətin lideri kimi təqdim etmək istəyir. Hamıya xatırlatmaq istərim ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Əlbəttə ki, onu müxalifət lideri etmək cəhdi tamamilə uğursuzdur. Ona görə də onun Gürcüstanın maraqlarına zidd hərəkət etmək imkanı yoxdur”, - Baş nazir bildirib.

Qeyd edək ki, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası ilə Zurabişvili arasında fikir ayrılıqları bir neçə ildir davam edir.

Münasibətlər Zurabişvilinin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etməsindən sonra daha da pisləşib.

 





04.12.2024    çap et  çap et