525.Az

Çeçenistan paytaxtı PUA hücumuna məruz qalıb


 

Çeçenistan paytaxtı PUA hücumuna məruz qalıb<b style="color:red"></b>

Ceçenistan rəhbəri Ramzan Kadırov bu gün paytaxt Qroznının mərkəzinə PUA hücumu olduğunu açıqlayıb.

525.az APA ya istinadən xəbər verir ki, Çeçenistan lideri hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını deyib.

"Bu gün onlar şəhərin mərkəzinə pilotsuz təyyarə ilə zərbələr endiriblər. Onlar yanacaqdoldurma məntəqəsini, polis alayının damını dağıdıblar. Mülki əhali xəsarət alıb", - deyə o bildirib.

 





04.12.2024    çap et  çap et