525.Az

Aİ-dən Ukraynaya əlavə maliyyə dəstəyi


 

Aİ-dən Ukraynaya əlavə maliyyə dəstəyi<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Ukraynaya humanitar, iqtisadi və hərbi dəstəyi davam etdirəcəklərini və ilin sonuna qədər 4,2 milyard avro əlavə büdcə yardımı ilə gələn il ölkəyə müntəzəm qaynaq təmin edəcəklərini bildirib.

525.az “CNN TURK”ə istinadən xəbər verir ki, yenicə vəzifəyə başlayan və ilk səfərini Kiyevə edən Kosta Ukrayna prezidenti Vladimir Zelenski ilə mətbuat konfransında danışıb.

“Vəzifədə olduğumuz ilk gün mən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilə birlikdə Kiyevdəyəm”. Kosta bildirib ki, bu, Aİ-nin Ukraynaya dəstəyini nümayiş etdirir.

"Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və öz sərhədlərinə hörmət edilməlidir", - deyə Kosta bildirib. 

Kosta Aİ-nin müharibənin ilk günündən bəri Ukraynanın yanında olduğunu və bundan sonra da davam edəcəyini vurğulayıb.

Ləman İlkin

 





02.12.2024    çap et  çap et