Cənubi Koreyada plastik çirklənmənin qarşısının alınması üçün aparılan danışıqlar razılığa gəlmədən başa çatıb.
525.az “TRT HABER”ə istinadən xəbər verir ki, ötən həftə Cənubi Koreyanın Busan şəhərində 100-dən çox ölkənin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Hökumətlərarası Danışıqlar Komitəsinin (INC) iclası keçirilib.
Yonhap-ın məlumatına görə, INC prezidenti Luis Vayas Valdivieso verdiyi açıqlamada plastik çirklənmənin qarşısının alınmasına görə qanuni qüvvəyə malik razılaşmanın əldə edilməsi üçün aparılan danışıqların beşinci raundunun razılaşma olmadan başa çatdığını bildirib. Valdivieso bildirib ki, bu, son görüş olması planlaşdırılsa da, razılıq əldə olunmadığı üçün danışıqların növbəti tarixdə davam etdirilməsinə qərar verilib. Mediada plastik və ya polimer istehsalının tənzimlənməsi və hər hansı razılaşmaların həyata keçirilməsi üçün maliyyənin ayrılması ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə, qlobal plastik tullantıların miqdarı 2060-cı ilə qədər təxminən üç dəfə artacaq.
Ləman İlkin
çap et