525.Az

Rusiya təyyarələrinin İdlibə təşkil etdiyi hücumlarda 17 nəfər həyatını itirib


 

Rusiya təyyarələrinin İdlibə təşkil etdiyi hücumlarda 17 nəfər həyatını itirib<b style="color:red"></b>

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şimal-qərbində İdlibin müxtəlif nöqtələrinə endirdiyi hava zərbələri nəticəsində 17 nəfər həyatını itirib, 55 nəfər isə yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə, İdlibin mərkəzindəki İbn-i Sina xəstəxanasına 3 hava zərbəsi nəticəsində 8 nəfər həyatını itirib, 43 nəfər yaralanıb.

İdlibin şimalındakı Maarratmisrin bölgəsinə endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.

Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibin cənubundakı Maaratunnuman bölgəsinə təşkil etdiyi hava hücumunda isə 2 nəfər həyatını itirib.

Bundan əlavə, Bəşər Əsəd rejiminə aid döyüş təyyarələri Hələbin şəhər mərkəzində, əsasən xristianların məskunlaşdığı Məhattat Bağdad məhəlləsinə hava hücumu həyata keçirib.

Malik Atilay

 





03.12.2024    çap et  çap et