525.Az

Namibiya ilk qadın prezidentini seçdi


 

Namibiya ilk qadın prezidentini seçdi<b style="color:red"></b>

Noyabrın 27-də Namibiyada keçirilən ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.

525.az xarici KİV-ə istinadən bildirir ki, Namibiya Seçki Komissiyasının (NEC) məlumatına görə, SWAPO-nun namizədi Nandi-Ndaitva 57,6 faiz səs toplayıb.

Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitvah Namibiyanın ilk qadın prezidenti olub.

Qeyd edək ki, Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.

Malik Atilay

 





04.12.2024    çap et  çap et