525.Az

Nigeriyada korrupsiya əməliyyatı: 753 əmlak müsadirə edilib


 

Nigeriyada korrupsiya əməliyyatı: 753 əmlak müsadirə edilib<b style="color:red"></b>

Nigeriyada İqtisadi və Maliyyə Cinayətləri Komissiyası (EFCC) ölkədəki korrupsiya əməliyyatlarında paytaxt Abucada 753 mülkə həbs qoyulduğunu açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, EFCC tərəfindən edilən yazılı açıqlamada, paytaxtda 753 mülkdən ibarət böyük bir yaşayış massivinin ələ keçirildiyi bildirilib.

Bəyanatda müsadirə olunan torpaqların və dəbdəbəli evlərin konkret olaraq kimə məxsus olması barədə məlumat verilməsə də, onların keçmiş yüksək vəzifəli dövlət məmuruna məxsus olduğu bildirilib.

Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərdə müsadirə edilən mülklərin Nigeriya Mərkəzi Bankının (CBN) keçmiş sədri, korrupsiya səbəbi ilə vəzifəsindən uzaqlaşdırılan Qodvin Emefieleyə aid olduğu iddia edilib.

Malik Atilay

 





02.12.2024    çap et  çap et