525.Az

Cənubi Koreyanın Ceju adasında 38 vyetnamlı turist yoxa çıxıb


 

Cənubi Koreyanın Ceju adasında 38 vyetnamlı turist yoxa çıxıb<b style="color:red"></b>

Ötən ay Cənubi Koreyanın cənubundakı Ceju adasına səfər edən Vyetnam turist qrupunun 38 nəfərindən xəbər alınmayıb.

525.az xarici KİV-ə istinadən bildirir ki, Yonhap-ın xəbərinə görə, mövzu ilə bağlı Ceju Turizm Təşkilatından açıqlama verilib.

Açıqlamada, noyabrın 14-də Vyetnamın Nha Trang şəhərindən Jeju adasına gələn 90 nəfərlik turist qrupundan 38 nəfərin noyabrın 17-də geri dönüş təyyarəsinə minmədiyi açıqlanıb.

İtkin düşən vyetnamlı turistlərin harada olduğunu müəyyən etmək üçün başladılan istintaqın davam etdiyi öyrənilib.

Malik Atilay

 





04.12.2024    çap et  çap et