525.Az

Dərslik yox, dərdlik...


 

NİYƏ BALALARIMIZA “ASAN XİDMƏT” GÖSTƏRƏ BİLMİRİK?

Dərslik yox, dərdlik...<b style="color:red"></b>

Hər il özüməƏlifbakitabı alırdım. Xoşum gəlirdiƏlifbaoxumaqdan... Marağım daha çox o idi ki, görüm aşağı sinif hansı yollardan keçir, nələr oxuyur, balacalar yuxarı sinfə hansı zehniyyətlə gəlirlər? Mən həmin düşüncələrdən yola çıxıb işimə başlayırdım. İndiƏlifbakitabı dayoxaçıxdı... Daha valideynlər deyə bilmir ki, “övladım, gəlƏlifbaoxuyaq”. Daha o zövqü yaşaya bilmirlər. Əzbər bildiyimizKuklamahnısı da artıqarxaizməçevrilib...

İndi övladları birinci sinfə gedən valideynlər onlarımüəllim yanınagöndərirlər. Uşaqlar niyə məktəbdə yaxşı oxumurlar? Şəxsi fikrim belədir: valideynlər onlara evdə kömək edə bilmirlər, onlarla birgəoxuya bilmirlər”. Uşaqlarda su üzünə buraxılmış kağız qayıqlar kimi kitabların arasında kayb olurlar.

Bu günlərdə eşitdim ki, insanların boyu qısalmağa doğru gedir. Mən bunu təhsilin ayağına yazıram. Yüklənmiş uşaqlar dərs yükünün, beyin yükünün altında əzilir balacalaşırlar”. Çox müəllim əzilir”, “kiçilirbu durumda. Məsələn, V sinifdə dərs deyən müəllim deyib ki, uşaqlar, gələn dəfə xarici bəstəkarlardan bir neçəsinin adını yazıb gətirin. Baxın, mən üçünün adını deyirəm: İohan Sebastian Bax. Əziz oxucu, bu durumun adını lütfən siz qoyun...

Mən mühafizəkar müəllim deyiləm. Bu sizə, güman ki, əvvəlki yazılarımdan da bəllidir. Amma yenə nostalgiya məni tərk etmir. Haradadır o dərslik ki, yazıla: budaqda bir sərçə vardı, ikisi uçub getdi, yerdə neçəsi qaldı?... məşhur akademiklərimiz Xudu Məmmədov, Azad Mirzəcanzadə elə budaqda o sərçələri saya-saya bu dərəcəyə çatmışdılar.

Dərslikləri, əsasən, akademiklər yazardı: Həmid Araslı, Əziz Əfəndizadə, Məmməd Arif... Ona görə kitab ən doğru vəsait idi, əsl bilik bazarı idi, müşkül bir sual olsa, kitab ən tutarlı mənbə idi...

İndi dərsliklər çaşdırmaqla yadda qalır... Valideynlər əllərində kitab soruşurlar: bu tapşırıqda nəzərdə tutulub, bu cümləni necə izah edək? Hətta bəzi müəllimlər belə soruşulduğunu, necə izah etmək lazım olduğunu bilmirlər...

Beləcə dolaşıqlıq içində itib-batırlar... Bir ədəbiyyatçı kimi deyirəm, elə bil dərsliklərsərbəst vəzn yazılır, qayda-qanunlara əhəmiyyət vermədən... Elmi səpiblər kitablara, kim yığışdıra bilir bilsin, bilməyənlər Novruzəlilər sinfi yetişdirəcək...

Kitabda elmi üslubun tərifi belədir: “məntiqlilik, dəqiqlik, ardıcıllıq”... “Azərbaycan dilikitablarında çox zaman dərs sonrakı səhifələrdə olsa da, çalışmalar ondan əvvəl gəlir. Məşhur filmdə deyildiyi kimi, “nətər oynayaq e? Çalanlar o tərəfdə oturub, səs bu yandan gəlir”. Cavabını da ki, bilirsiniz. Amma dərslik müəllifləri bağışlasın, biz bir qulağımızla eşidib, o biri qulağımızla oynaya bilməyəcəyik... bilmirik...

Hərdən qohum-qonşu aşağı sinfinAzərbaycan dili”, ya daƏdəbiyyatkitabını gətirib kömək istəyirlər. Bu arada deyim ki, liseydə dərs dediyimdən yuxarı siniflərlə məşğulam...

V sinifAzərbaycan dilikitabı. Dərslik dərslik?! Elə birinci çalışmaya diqqət edək. Aysu adlı bir qızcığaz internetin qabağından əl çəkmir, yay tətilində kitab oxumayıb. Qız, demək olar ki, anasına çəmkirir: “Sən bilirsən e, var internetdə var...” Ata işə qarışır, guya qızı kitaba cəlb edəcək. Qızına deyir ki,sən bax bu kitabı (“Şahzadə dilənçi”) oxu, sənə on manat verəcəyəm. On manat adını eşidən kimi internetdən kitab haqqında qısa məlumat toplayır atasına danışır. Atasından haqqınıon manatı istəyir. Ata isə pulu kitabın arasına qoyduğunu deyir. Ata övladınarüşvəttəklif edir. Ta qədimdən ən məşhur pedaqoqlar bu davranışın əleyhinə gediblər. Hətta bir konfet belə söz vermək yanlışdır.

Ümumiyyətlə, bu hekayədəki qızdan gözüm su içmir. Bu qız gələcəkdə ata-anasını aldadıb internetdə tanış olduğu oğlanın yanına qaçacaq. Sonu da kriminal! Əvvəlki yazılarımda bu barədə çox danışdığımdan üstünə çox getməyim.

V sinifAzərbaycan dilikitabı dil kitabından daha çoxƏdəbiyyatkitabıdır. Axı, dil dəqiq elmlərə daha çox yaxındır. Bu qədər bədii mətnlərlə dil kitabını yükləmək olar? Məgər bunlarınƏdəbiyyatkitabı yoxdur? Onsuz da yaxşı müəllim dil tapşırıqlarını ədəbiyyata inteqrasiya edə bilir.

Gələk VI sinfə. Burada Natəvan haqqında bir hekayə quraşdırılıb. Guya Natəvan qantəpər yığmaq üçünbax dağın o üzünəgedib. Orada da bir dəstə quldura rast gəlib, amma onların əlindən çıxıb özünüqayalardan ata-ataevə dönüb.

Tragikomik bir durumdur. Məgər xan qızının kənizləri, qulluqçuları yox idi ki, özü dağlara qantəpər yığmağa gedirdi? İkincisi, hamı bilir ki, tarixi şəxsiyyətlər haqqında rəvayət olur, əfsanə olmur. Çünki bunu əfsanə kimi təqdim ediblər. Hörmətli müəlliflər, özünüzə gəlin bu hekayədəki əfsanəviliyi bizə izah edin!

Dərsliklə bağlı məsələlərdən bəhs edərkən burada dərsliyin tərtibatı da müəyyən qayda-qanuna söykənməlidir. Şəkillər, rənglərin seçilməsi, kağızın rəngi, şriftlərin həcmi s. düzgün tənzimlənməlidir.

VI sinif, “Ədəbiyyatkitabı, səhifə 145. Əli Səmədli adlı müəllifinQanlı bənövşəhekayəsi verilib. Adından da kədər tökülən bu hekayədə Ermənistan ərazisində azərbaycanlı ailənin başına gələn faciədən, qandan söhbər gedir. Amma hekayədən əvvəl bir şəkil verilib. Şəklə diqqətlə baxdım. Bu, məncə, Tıq-tıq xanımla Siçan Solub bəydir. Göygölün sahilində xoşbəxtcəsinə dayanıblar onları görəndə istər-istəməz dodaq qaçır. Bu şəklin yeri düzgünmü seçilib? Üstəlik, bu hekayədə C.Cabbarlının “1905-ci ildəpyesindən oxşar epizodlar var.

VI sinif  Azərbaycan dilikitabının üstünə gərək həm ədəbiyyatsözü yazılaydı. Kitaba 52 bədii mətn daxil edilib. Elmi məlumatlar, təriflər bədii mətnlərin arasındagizlədilib”.

Ümumiyyətlə, müəllimim olduğuna görə demirəm, amma harada Tofiq Hacıyevin müəllifi olduğu dərslik varsa, orada hər şey dolğundur, düzgündür. Azərbaycan dilçiliyinin sonuncu mogikanıdır Tofiq Hacıyev!

Sinif-sinif araşdırmamın hamısını bura qeyd edib oxucunu yormadım. Amma XI sinfinƏdəbiyyatdərsliyindən bir şeylər yazmadan keçə bilməyəcəyəm. Bəzi sənətkarlar, demək olar ki, “atüstütəhlil olunub. Məsələn, Hüseyn Cavidinİblisfaciəsi. İstəsəniz maraqlanın, “İblisin təhlili on cümlə ilə tamamlanıb. Müəllifləri əmin edirəm, mənİblisin təhlilini Bəkir Nəbiyevin yazdığı dərslikdən keçirəm tam bir Cavid ruhu yaşayırıq (Mirzə İbrahimovu sevən oxucuyam, amma deməliyəm ki, onunPərvanəromanı daha geniş təhlil olunub, “İblisə nisbətdə).

Tam əminliklə deyirəm, ədəbiyyatı kim orta məktəbdə oxudusa oxudu, oxumadısa heç vaxt oxumayacaq. Bunu illərin təcrübəsindən bilirəm. Elə isə bu uşaqlar bizim gənc yazarları vaxt tanıyacaqlar? İki vərəq lazımdır ki, heç olmasa uşaqlar onların adlarını bilsinlər.

Bu il biz müəllimlərə 10 günlük kurikulum dərsi keçdilər. Guya nələrsə öyrətməyə çalışırdılar. Bu yol şagirdlərəəzablı yollarlaelm öyrətməyi tələb edir. Təxminən belə deyirlər, sol qulağın qaşınırsa, onu sol əlinlə qaşıma, sağ əlini başının üstündən apar, yöndəmsiz bir vəziyyət al qulağını qaşı.

Bir zamanlar rayonumuzda Alı müəllim vardı. Ailənin dörd övladı Tibb Universitetində, biri BDU-da oxuyurdu. Sual ediblər ki, necə edirsən, övladların belə elmli olublar? Alı müəllim deyib ki, mən 10 il  onlarla bərabər dizimi yerə qoyub oxumuşam. İndi dizini yerə qoyub 11 il övladı ilə bərabər oxuyan valideyni gündüz vaxtı çıraqla da tapmazsan...

Niyə bu millətin övladlarınıəzablı yollarlaaparırıq? Niyə onlaraAsan Xidmətgöstərə bilmirik?

 





17.11.2014    çap et  çap et