525.Az

Cəmil müəllimə vida sözü


 

“Düyğular” silsiləsindən

Cəmil müəllimə vida sözü <b style="color:red"></b>

Müqtədir Azərbaycan jurnalisti, mahir söz ustası, mətbuatımızın inkişafına gərəkli olan ideyalar müəllifi Cəmil Əlibəyli haqqında daim söz demək, yazmaq istəmişəm. Zamanzaman deməyinə demişəm. Həyati söhbətlərimdə, radio-efir çıxışlarımda, apardığım müsahibələrdə  bu istedadlı qələm ustasını xüsusi cizgilərlə qeyd eləmişəm. Amma yazmaqda çətinlik çəkirdim. Ona görə yox ki, qələmim aciz idi, yaxud kimi vaxtlar adını siyahılardan silir, özünü qapılar dalında saxlayırdılar deyə nədənsə çəkinirdim. Yox, sadəcə ona görə ki, söz sənəti dünyasında ilk xeyirxahım olmuş bu geniş qəlbli insana yaraşan ürək sözlərimi bir yerə toparlayıb ipə-sapa düzməkdə çətinlik çəkirdim. Amma o isə mənigənc həmkarını izləyir, radio dalğalarıyla yayımlanan uğurlu verilişlərimdən, mətbuatda gedən yazılarımdan sonra hər dəfə telefon açır, özünə xas olan tərzdə (barmaqlarıyla  telefon dəstəyinə tıqqıldatmaqla) təbriklərini yetirirdi. bu susqunluğum 2009-cu ilin oktyabrınacan çəkdi. Həmin ayın 10-da “525-ci qəzetin gözəgəlimli səhifəsindəCəmil müəllimin atalığıadlı yazım işıq üzü gördü. Bu nağıla bənzər xatirə yazısıydı, jurnalist ömrümdə başıma gələnlərin bir dövrü barədə təbii ki, baş qəhrəmanı Cəmil müəllim olan portret-oçerk idi. Həmin günün axşamı evimizə telefon zəngi gəldi. Cəmil müəllimin Nigar qızıydı. Dedi atam sənlə danışmaq istəyir. Təəccüb məni bürüdü- yəni dili açılıb müəllimin. Böyük sevinc hissiylə dinşək kəsildim. Az sonra dəstəkdən tıqqıltılar eşidildi. Tanışsəsləridi. Neçə illərdi Cəmil müəllim öz sözünü, kimlərəsə təşəkkür şükranlarını bu yolla çatdırırdı. Bundan xəbərdardım deyə onun dediyini eşitdim. Sonra Nigar xanım o tıqqıltıları mənətərcüməeləsə artıq onlardan hali idim – “ Çox sağ ol, İntiqam!”..

 

Bu olayın tarixi yuxarıda qeyd etdiyim kimi 2009 – un oktyabrı idi. 2007 – ci ildə isə Azərbaycan Yazıçılar BirliyininNatəvanadına klubunda Cəmil Əlibəylinin 80 illik yubleyi münasibətiylə təntənəli törən təşkil edilmişdi. O yubileyinə Cəmil müəllim səsi batıqyəni bir vaxtlar Qarabağın o gözəl, koloritli ləhcəsilə danışarkən hamını heyran qoyan səsindən məhrum vəziyyətdə gəlmişdi. Dəfələrlə demiş, həm yazmışam ki, haçansa bir münasibətlə vətəndən ayrılıb qürbətə düşəndə el-oba, yurd həsrəti üç səsin cilvəsində gəlib dolub içimə, başlayıb orda qövr eləməyə, məni vətənə sarı çəkməyə. Bunlardan biriAzərbaycanşeirini bənzərsiz bir duyğusallıqla söylərkənAzərbaycanımkəlməsini böyük eşqlə dilə gətirən Səməndər Rzayevin səsi, digəriKəhlik, kəhlik gəl ovla mənideyib oxuyan dahi Bülbülün avazı, bir çox qəribədir ki, adicə danışığıyla, tünd qarabağlı şivəsində ötməsiylə elə Qarabağ bülbüllərini xatırladan Cəmil müəllimin səsi. İndi budur, 80 yaşın tamamında gözəl Qarabağından, anadan olduğu Dədəli kəndindən, doğmalarının məzarlarından ayrı düşən, son onilliklərdə ata-baba məskənlərindən uzaqlarda dünyaya gələn cavan-comrula Qarabağın demək olduğunu anlatmalıykən səsini itirmiş, yar-yoldaşla lal dilində danışan Cəmil müəllim bər-bəzəkli, çiçəklərlə dolu yubiley masasının arxasında Yazıçılar Birliyinin sədri Anarın yanında kirimişcə əyləşib. Amma səhnəyə qalxanacan daha bir məqam Cəmil müəllimi təbrikə gələnləri ehtizaza gətirmişdi. O klubun qapısında görünən ləhzədə zaldakıların elliyinin bir nəfər kimi ayağa qalxıb onu alqışlamasından şaşırdı. Sanki belə qarşılanacağını gözləmirdi. Təbiətən kövrək olan Cəmil müəllimin gözləri dolmuşdu. Axı son illərin gərgin olayları bir sıra insanları, hətta dostları belə Cəmil müəllimin həndəvərindən perik salmışdı. Səsi çıxmasa da yalnız özünün eşitdiyi sözlərin ahəngiylə dodaqları tərpənən Cəmil müəllimin o dəqiqələrdə bircə əlacı qalmışdı- zalın bu başından o başınacan onu sayıb təbrikə gələn pərəstişkarlarına birəm-birəm  yaxınlaşmaq, onları qucaqlayıb öpmək, heç olmasa özünə bəlli təşəkkür dolu sözlərini dodaqlarının tərpənişiylə izah etmək. Beləcə tamaşaçı zalını o baş bu baş dolaşdı, heç kimi yaddan çıxarmadı, hamıya səssizsözsüz təşəkkürlərini, isti öpüşləriylə minnətdarlığını bildirdi. o dəqiqələrdə beynimə çox axmaq, qəddar bir fikir gəlmişdi, düşünmüşdüm deyəsən axı Cəmil müəllim bu dünya, cəmiyyət, həyatla vidalaşır. Amma çox şükür ki, o hələ 7 il yaşayacaq, jurnalist missiyasının, yazıçı təxəyyülünün son yadigarı kimi dünyayaZəmanəyələ üz-üzəadlı möhtəşəm xatirələr toplusunu gətirəcək mənə bir nüsxəsini yadigar verəcəyi o kitabın titul səhifəsində yazacaqdı: “Çox hörmətli İntiqam!

 

Səni Yazıçılar Birliyində təntənə zamanı zalda görəndə elə təəssüratlandım ki ...sanki milyon-milyonBulaq” ( radio verilişini nəzərdə tutur İ.M.) sevənlər buradadır! SənBulağı hər cəhətdən təmsil edirsən: onun yaradıcılarından indiyədək yaşadanlardan, həm bu nadir söz xəzinəsini danışıqdan yazıya köçürənlərdən yeganəsisən!

 

Bunun üçün minnətdarlığımı qəbul et!

 

Ömürnaməmi vərəqləsən görəcəksən ki, biz təbiətimiz etibarilə eyni kökdən, xislətdənik: yamanlıqdan yaxşılıqla intiqam alan duyğulu insanlardan!

 

Var ol!

 

Sizin Cəmil Əlibəyov

2008”.

 

Siz sağ olun Cəmil müəllim. Sağ olun ki, sizə həsr etdiyimCəmil müəllimin atalığıadlı yazımda da qeyd etdiyim kimi ötən əsrin 70 – ci ilində, həyatımın ən ağır günlərində, hamının qapısından qaytarıldığım vaxtlarda riskə gedib redaktoru olduğunuzAzərbaycan gəncləriqəzeti redaksiyasında məni işə götürməyiniz o çağlar Azərbaycandan uzaqlarda məhkumluq həyatı yaşayan, bir zamanlar Hüseyn  Cavidin, Hacağa Abbasovun, Rza Darablının  tələbəsi olmuş atam Alının başını ərşə ucaltmış, bəlkə onu vaxtsız əcəlin əlindən almışdınız. Ömrünün sonuna kimi atam sizinlə görüşüb şükranlarını yetirmək istəyirdi. Ancaq son anda ölüm macal vermədi. Neyləmək olar, qismətimiz beləymiş. İndi siz 37 il əvvəl dünyasını dəyişmiş atam kimi əbədiyyət diyarına yollanırsınız. Yolunuz nurlu, torpağınız yüngül olsun, Cəmil müəllim! Atam oradasa sizi tapacaq, dualar haləsində özsağ ollarını sizə yetirəcək. Mən isə bu dünyadan sizə əlvida yox, çox sağ olun deyirəm! Çün ki, mənim aləmimdə həmişə sağsınız. Atam siz.

 

Sözümün sonunda bir ricamı bildirmək istərdim. Qoy bu günlərimizdə yaşayıb-yaradan, yaxud kirimişcə pensiyaçı ömrü sürən, amma vaxtilə Cəmil müəllimin əlindən su içmiş jurnalistlərimiz onu unutmasınlar, daim  qapılarını onların üzünə açmış bu xeyirxah insan haqqında ürək sözlərini, xatirələrini söyləməkdə, yazmaqda xəsislik etməsinlər. Bu, mətbuat tarixində daha bir boşluğun doldurulmasına bərabər olardı. olsun ki, böyük mətbuat araşdırıcımız Qulam Məmmədli aramızda yoxdur, bəs bizə gəlib.

 

6 noyabr 2014.
 





17.11.2014    çap et  çap et