525.Az

Vaqif Bəhmənlinin şeirləri


 

Vaqif Bəhmənlinin <b style="color:red">şeirləri</b>

İltimas


Boynumu
soxmağa,

     quyu qazanda

diribaş köməkçi,

kankan ver, kankan!

Topal olmuşumu qaza basanda

yolumu tutmağa sükan ver, sükan!

Vuruldum,

     dizinə düşdü bədənim,

doğrandım,

     bir deyil, beşdi bədənim,

zülmündən hovladı,

     şişdi bədənim

yaramı deşməyə tikan ver, tikan.

Yükümü tək çəkdim

     təkan vermədin,

sinəmə dirsəkcə məkan vermədin,

rahat yaşamağa imkan vermədin,

sakitcə ölməyə imkan ver, imkan.

Heçə toxunuram dönsəm

     hayana,

Boşluğu tapdayıb düşürəm qana,

Min fikir yığmısan evə, eyvana

onları satmağa dükan ver, dükan.

Varım bu; varımı toxum, darı san

Necə şum altına girsin yarıcan?

Sən ki bu tarlanın mülkədarısan

Qara kotanımı çəkən ver, çəkən!

2014

Həyat haqqında zarafat


Dünya
içinə dolsa da,

hərədən bir iz qalsa da,

ömür doyulmaz olsa da

sonda məhkumdu çarmıxa...

Siftə başı sənlik deyil

doğulursan çağa-çağa.

Keçir bir il, keçir üç il...

öyrənirsən baxa-baxa.

Heç bir körpə çirkin olmur

körpəlikdə irqin olmur...

Keçidən bir fərqin olmur

dırmaşırsan daşa, dağa.

İtsən dərhal tapılırsan,

suç etsən öpülürsən...

Qismət deyib təpilirsən

gah o bağa, gah bu bağa.

İşıq kimi saçılırsan

kəsilmirsən

     qayçı vursan...

Qönçə kimi açılırsan

baxan deyir:

     - oxay, oxay!

yuxu var,

     dinclik

Gah o incik,

     gah sən incik

leysan-leysan ötür gənclik

qız telinə yağa-yağa.

Tanrı kəsmir insafını,

seçir toxumun safını...

Bir gördün ətrafını

uşaq basır-qaqaş, qağa...

Vaxt olur

     can sıxır canı

diz çökdürür bəyi, xanı...

bel boşalır xanım-xanım,

dal əyilir ağa-ağa.

Sonda ürək cığallayır,

üst alt olur,

     alt da bayır,

mürdəşirlər sığallayır

kəfəni yuxa-yuxa...

2013


-qara ürək


Canımız
ağrıdı,

     yola düzəldik,

Pulumuz az idi,

     dərdimiz çoxlu...

Karpatda, sağlamlıq evinə gəldik

mən idim,

bir ki, Çingiz Əlioğlu.

Həkim seyriçiydi,

     UZİydi həkim

əslində monitor

     bizi yoxladı.

Bilmirəm,

Çingizə dedi həkim,

məni işarəylə sona saxladı.

Düzdü qənşərimə rəngbərəngatlas”:

- Bunlar,

     atlasdeyil, ürəkdi, – dedi, –

Ürək salamatsa, -qara olmaz,

sənə rəngli ürək gərəkdi, – dedi.

Süzdüm şəkilləri,

     abı, sarı, ...

Ürək var, beş rəngin xəlitəsidi,

Yaşılı çəməndi,

     bozu yalçın dağ,

rəngləri qarışıq ürək var, sanki

dünyanın fiziki xəritəsidi.

Həkim:

-Rəng pozmaqdı dünyanın işi,

yaradan ürəyi rəngli yaradır,

Nədən ürəyinin rəngi, a kişi,

gecə-gündüz təki ağdı, qaradı?

... Başımın üstündə peşəkar həkim,

ürək yoxlanışı, ekoqramma...

Monitor donuqdu şüşə kimi

içində ürəyim vururdu amma!

deyim həkimə?

Söyüm təhər?

Qaralır al rəngim, hirs məni boğur.

- Sən heç bilirsənmi,

     həkim, hər səhər

Günəş

     bu -qara qəlbimdən doğur?

Həkim, əməlli bax;

     Rəng nədi?

     heç ,

bilərzik boş şeydi, bazubənd hədər.

-qara ürəyim

     həm dost, həm düşmən

həm sapı çıxıb bozarmış təkər.

İçimi soldurub bəlkə nəzər,

xalça varlığımdan

     kilim çıxmayıb.

Hayıf ki, könlümün şəklinə bənzər

həyatda bir yönlü şəklim çıxmayıb.

Əsl ürək hara, qatqı rəng hara;

aləmdə iki rəng gerçəyə tuşdu.

Mənim ürəyimin rəngi -qara

beşikdən məzara dirək uçuşdu...

... mənimki hərəkət, mənimki səsdi,

bir az ,

     bir az da qaradı hirsim.

Qəlbim döyünürsə

     mənə bu bəsdi,

rəngi yaradanın gözünə girsin!

2014


Şəxsi
güc


Dibindən
bələdəm

dibsiz həyata,

Yalla aldadaram ən quduz iti.

Oğruya anayam, caniyə ata

mənə əl qaldırmaz ən qatı qatil.

Kəndirli kətili durub dan üzü

ayağım altından darta bilərəm,

ovxarlı xançalı

     yalnız mən özüm

sirr dolu qarnıma yorta bilərəm!

2014


Köhnə
söhbət


İlk
başmağım, son donum?

Çox sevirəm torpağı.

Məni yekəldib onun

pencəri, yemiş tağı.

Torpaq, üzün fətirdi

bir dən itirmədin heç.

Hayıf, alaq bitirdin,

Adam bitirmədin heç.

babam var, nənəm,

iz qalmadı atamdan.

Torpaq, səni sevirəm,

Həm qorxuram, inan!

Baş əjdaha ağzında;

torpaq, eşit tövbəmi,

Durub kaha ağzında

gözləyirəm növbəmi.

Torpaq, bir gün oğlumu,

nəvəmi yeyəcəksən.

Eşib qara bığını:

doymadım”, – deyəcəksən.

Dərin dibəcən sirsən,

dənsən, samansan, torpaq!

Bitirib itirirsən,

Sən yamansan, torpaq?

2014


Əyyaş


Qoy
danlasın üzümü uşaq, arvad - içirəm!

Guya abad canımı edib bərbad - içirəm...

Tökülmüşə səbəbsiz almaram tökülmüşü

Kim deyir yalan deyir ki, hər saat içirəm...

Olur ki, qəmlər basır başımı mey qabına

Bəzən eşqim qalxır, oluram şad - içirəm...

Bilirəm arsızları əzrail bəyənmir,

Kefqomları qoruyur kefsiz həyat- içirəm.

Azman-azman insanı boğub azaldır azan,

Rəhmət deyib çəkirəm yek salavat - içirəm.

Fələk sıxıb suyumu çıxardanda yanıram,

Dərhal oda mey səpib ala-babat içirəm.

Dostun biri satılır, birini maşın vurur

Görünür bu səbəbdən mən qatbaqat içirəm.

Nuhu, Musa, İsanı, İbrahimi düşünüb

Müqəddəslər eşqinə, bil, adbaad içirəm.

Əndərir boğazıma ömür ilan zəhrini

Arağı, dil altında sanıb nabat - içirəm.

Göydə Allah, yerdə həkim tapşırır, içmə,

Kürəyim zoqquldayır, ürəyim çat- içirəm.

Quruyanı kəsirlər, qorxuram dəhrəsindən

Dünyanın səhrasından canısulu keçirəm?

Vallahi, mən içmirəm,

Billahi, mən içmirəm!

2014


Salamat


Mən
istəyirəm;

     salamat qalmaq!

Qalmaq məkanıdı bu həyat

     qalmaq...

 

Haqqımdı,

öləndə Allah işinə

qəti inanmamaq,

     hətta mat qalmaq!

Ya tikan,

     ya çiçək,

     ya da ot qalmaq,

Ya dəvə,

     ya inək,

     ya da at qalmaq,

Min illik şöhrətdən

     daha üstündü

qismətdən izafi bir saat...

      qalmaq!

Getmək

     çürüntüdü,

qənd-nabat

qalmaq!

Yaxşısı cəhənnəm, lap babat qalmaq...

Sirkanlar gizləyən şipşirin qarpız,

Son payız narı tək çatbaçat qalmaq!

Vaqifə sərfədi

bomboyat qalmaq

Tanrıya ən düzgün hesabat

     Qalmaq!

Axı, qapısından  it kimi qovmur,

axı mənə demir bu həyat:

     Qalma!

     2014


Səbir


vermisən bəsimdi,

ya iki ver, ya bir ver

Sərvətim sarı simdi,

Allah, mənə səbir ver!

Ağayamsa qul vermə,

yolçuyamsa yol vermə,

fəqirəmsə pul vermə,

Allah, mənə səbir ver!

Dizdə taqətim olmasın,

Sümükdə ətim olmasın,

Evdə züryətim olmasın-

Allah, mənə səbir ver!

Əllərdən ələ düşüm,

Məcnun tək çölə düşüm,

Pis adla dilə düşüm?

Allah, mənə səbir ver!

Fəndgiri iraq elə,

Təndiri iraq elə,

Kəndiri iraq elə

Allah, mənə səbir ver.

Qəmə qəm hörüm, neynək,

Hökmünü görüm, neynək,

İt olum, hürüm neynək

Allah, mənə səbir ver!

Səbrimi yoxlamağa,

Zülmətdə ağlamağa,

Canımı saxlamağa

Səbir boyda qəbir ver,

Allah, mənə səbir ver!                 

2013

    

Sən yamansan, a yaz


Bu
yazın son qızılgülü

Su dolu balonda soldu.

Cəh-cəh qoparan bülbülü

Heç bilmirəm nejoldu?

Anidi yaz yır-yığışı?

Şiddətli şimşək çaxışı...

Bu baharın son yağışı

Bostan vedrəsinə doldu.

Vəfasızmış, Vaqif, bahar?

yay ortası... saçında qar!

Ağgül yazdan yadigar

Ağçal qocalıq qaldı...

2014


Dəvət


Yaz
gəlsən, ələnsə yağışlar qəfil

Şaman tək qam tutub,

     vuraram dəfi,

Tutaram üstünə canımı çətir,

Haləsi göy boyda tül asdıraram.

Bağım su istəyib yananda səssiz,

Günün istisində donanda sənsiz,

Əgər yayda gəlsən, ağlaram şəksiz

Sənə göz yaşımdan gilas dərərəm.

Demə payız hara,

     demə bağ hara

saralmış həsrəti, gəl, yara-yara.

İki qara gözü çəkərəm dara,

şəninə cüt qara qul asdıraram.

Qoca həsrətimi ağsaqqal bilsən,

salıb qabağına başda gətirsən,

sən mənim bağıma qar-qışda

     gəlsən

Quru budaqlara gül asdıraram.

İstəsən ayımdan-ilimdən kəsib

Sənə yaradaram beşinci fəsil.

Fərqi yox, səmtini deməsən, desən

Təki gəl, dörd yandan

     yol açdıraram.

2014


Övladlarımız


Heç
kimin övladı mum deyil,

balıq sayaq suda çırpınanı,

quş olub ağaca qonanı var.

Heç kimin övladı mum deyil...

Səhərdən axşamacan dəmir döyür

     atalar, analar

Hətta daşyonan ata,

qum yeyən ana da var!

Heç kimin övladı mum deyil,

torpaq deyil, bellə yumşaldasan,

ələyib ələkdən keçirmək olmur övladları

onlar un deyil, qum deyil,

saqqız deyil ki, övladlar

diş altına salıb əfkələyəsən,

Ağac deyil ki, övladlar

baltayla budayıb, sonra

muçur-muçur,

     budaq-budaq,

     yarpaq-yarpaq

     göynəyəsən!

Namusdur onlar!?

adam nədi,

heç itə atsan da

     yeyilməz!

İçimizdi,

içimizin içidi onlar

dünya dibindən qopar

onlar qəhrə sayılmaz!

Onlar

     ciyərin,

     ürəyin,

     sinənin,

     kürəyin

ayağın,

     budun...

     parçası kimidi.

Onlar

     şir pəncəsinə batmış

     odun parçası kimidi!

Ağrıdan

o dünyanı görüb gələr şir,

amma ki, heç bir halda

yaxınına boşdamaz

baytar həkimi

ki, çəksin tilişkəni,

qurtarsın canı...

2014

Mərdəkan

    

Qədir Rüstəmov

Azərbaycanın heç kəsə bənzəməyən xanəndəsi Qədir Rüstəmov ağır xəstəlik səbəbindən komaya düşdü uzun müddət komadan ayılmadan haqq dünyasına qovuşdu.


Dünən
vardı,

            bu gün yoxdur

karvanını sürüb getdi.

Damını, Şah Taxtını

Yurd içində qurub getdi.

Adamları qurusərdi”,

yaş balığa könül verdi...

Haçan suyu lili gördü

Ordan qəfil durub getdi.

Arıq cana qəsd elədi

qoca qəmi üstələdi,

yarpızları dəstələdi,

süsən-sünbül dərib getdi.

Verməzlər, dedi bir yandan,

görməzlər, dedi bir yandan,

hörməzlər, dedi bir yandan...

saçın ucun hörüb getdi.

Əl sürtüb gözü bağladı,

dözməyibdözüb ağladı,

gülləri üzüb bağladı,

dörd yanına sərib getdi.

İstədi ölümü aşıra,

ötdü Qurbanlıq, Aşura...

bu dünyada dura-dura

o dünyanı görüb getdi.

Qaval olub döyülmədi,

Tar-kamana əyilmədi.

Yuxu yatdı ayılmadı

yuxusunu yorub getdi.

Axır həddində uyudu,

qoca cəddində uyudu,

üçdə, yeddidə uyudu,

qırxın özü verib getdi.

Gizlin qaldı ləl misalı,

haçalandı yol misalı,

havalandı yel misalı

qərib gəldi, qərib getdi

Qədir getdi, Qədir getdi!

2012


Yarımçıq


...
Qala fikirlərdən alaçıq qalır

yəqin bir kəmlik var damazlığımda,

Eyzan şeirlərim yarımçıq qalır,

qəhr olur sözlərim

     qan azlığından...

Misralar kəsilir kəndir yerinə,

Div qanı tükənir quyu ağzında,

Ağlımın kəndiri getmir dərinə;

bəlkə səbəbi...

     dayazlığımdı!

Daşır səbir kasam quyu başında,

Ha hörüm

     uçulur qalacıq sözüm.

Lap gedim dünyadan milyon yaşında

bilirəm;

     yarımçıq qalacaq sözüm.

Amma hər bir halda qoymaz azmağa,

yarımçıq canımda bölməz dözümü,

Allah imkan verər bütöv yazmağa

Vətən kəlməsini,

     Ana sözünü...

2013


Anamdan
sonra


Qoy
deyim nələr oldu,

nələr boşaldı, doldu? –

marallar mələr qaldı,

şanlı səyyadlar soldu,

sən solmadın ki, ana...

Kəsdi toylar, düyünlər,

susdu aşığın sazı.

Sovruldu sərçə dənlər,

doğrandı qumral quzu?

sən bilmədin ki, ana!

Çürüdü gözəl çöhrən,

pakizə əzaların öldü,

üstünü basdı pöhrə,

çürük əzabların öldü ?

baxtın gülmədi ki, ana!

Qurşağa qalxdı qarlar...

ellərin köç oldular,

əsdi acı ruzigarlar,

oğlanların qəhr oldu,

qızların puç oldular?

sən ölmədin ki, ana!

Analar firqətinə

dözərmi yer, asiman? –

balan düşdü çətinə

qırxım çıxdı, yasıma

sən gəlmədin ki, ana!..

2012


Yeriyərkən
dediyim şeirlər


Sadə
izah

Xoşbəxtlik yüz il sonrakı

nəsil-nəcabətə qismət olan axçadı,

daş-qaşa tutulan,

qu tükündən döşəli

                   taxçadı,

                   taxtdı,

Xoşbəxtlik

başqasının zərli-zibalı

taxtını görəndə

köks ötürməmək,

başqasının

xoşbəxtliyinə baxıb

                   darıxmamaqdı!...

2012


Müəmma


Ya
səni deyirlər,

ya sən deyirsən,

ya səni yeyirlər,

ya sən yeyirsən.

Ölməksə əbədi

görünməməkdi

səni görürlər,

sən görürsən...

2014


Nisgil


Məndən
əlin üzdü gözəl anam da,

Ala gözlərini yığdı yolumdan.

Döndüm qara daşa

     bir dar dalanda,

Anamsa çürüdü

     bir daş altında...

2014

    

Çovğun


Çovğun

     çoban iti...

     qaçır, ləhləyir,

açıb gen ağzını dərələr

     hürür...

Təkənin gözündə qum çiçəkləyir,

ha yana üz tutsun? –

     Anlamır sürü!

2014


Qaraçı
qalayçı


Ovcumun
içindən oxunmaz baxtım

Qanundan kənaram qaraçı kimi.

Sənətim sirlərin üstün açmaqdı

Sürtgəcli, səbirli qalayçı kimi.

2014


Məhəbbətin
həcmi


Əcəli
dəhlizdən otağa qədər,

təşnəsi dodaqdan dodağa qədər...

əzilib qəhr olur yataqdan sonra

məhəbbət yaşayır... yatağa qədər!

2013

 





17.11.2014    çap et  çap et