525.Az

Milli şeir ənənələrinə söykənən təkrarsız poeziya


 

Milli şeir ənənələrinə söykənən təkrarsız poeziya<b style="color:red"></b>

Nəriman Həsənzadə elə anadan şair doğulub. Onun səsində bir şeiriyyət, danışığında, söz-söhbətində, duruşunda, oturuşunda, davranışında bir nəzm, ahəng var. Bu mənada, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, görkəmli ədəbiyyatşünas-alim, ictimai xadim Nizami Cəfərovla razılaşıram:

Nəriman Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir, şeirində , nəsrində , dramaturgiyasında da, hətta publisistikasında da o məhz şairdir... Şairlik N.Həsənzadənin stixiyasıdıro təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətdə şairdir, yazanda da yazmayanda da şairdir...”


O
, 60 ildən çoxdur ki, öz yaradıcılığı ilə neçə-neçə nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlıq, xeyirxahlıq, halallıq, düzlük, səmimilik, vətənsevərlik, cəsarət, qeyrət məhəbbət,qadına sevgi hisslərinin aşılanmasında mühüm rol oynayır.


Nəriman
Həsənzadə milli şeirimizin ənənələrinə söykənərək, təkrarsız özünəməxsus bir poeziya məktəbi yaratmış ustad sənətkardır. O dünən , bu gün , ən çox oxunan şairlərimizdəndir bir oxucu kimi əminəm ki, sabah da belə olacaq. Özünün dediyi kimi:


Əl
-əl gəzir,

El-el gəzir şeirlərim

bu kəm-kəsir şeirlərim,

pul-parasız şeirlərim,

Bu anasız,

Bu Sarasız şeirlərim.


Uşaqlıqdan
ata qayğısının olduğunu bilməyən Nəriman anasının himayəsində böyüdü. Uşaqlıq əziyyətləri onun xatirində, yaddaşında dərin izlər saldı, sonradan bu acı xatirələr onun yaradıcılığına hopmuş, “Nabat xalanın çörəyinin ətrinə qarışmışdı. “Kimin sualı var?” poemasında o acı günləri belə xatırlayır:


Mənim
fəhlə atam yox idi, bəli,

Məni atalılar yetim sayırdı,

Dünyada qabarlı bir qadın əli,

Mənim saçlarımı sığallayırdı.

Bəzən qəlb ağrımı duymadı heç kim,

Sandım taleyimdi hər parlaq ulduz.

Uşaqlıq qazancım, siz, heç bilmədim,

Hansı köynəyimə yamaq oldunuz?

    

İtkilərlə yaşamaq şairin tale yazısı oldu. Bir yaşında atasını, 23 yaşında anasını, 55 yaşında isə ömür-gün yoldaşını-Sarasını itirdi. Bütün bu itkilər, iztirablar, bu ayrılıqlar onun könül dünyasını yandırıb yaxdı, sevdalı ürəyini ağlatdı:


Mən
öz taleyimlə döyüşməliyəm,

Taleyim namərddi vurur arxadan,

Məni bərk izləyir hər addımbaşı

Sızlayıb, inləsəm qəfildən vurur.

     

Lakin böyük şairimiznamərd taleyinəbaş əymədi indi Sara xanımın yoxluğundan 30 ilə yaxın bir müddət keçsə qəlbinin başında yaşadır, ona dualar ünvanlayır:


Tabutunu
qucaqlayıb,

Ağlayırdıq gecədən,

Sən doğmalar içindəydin,

Mən yad səslər içində,

Sən bilirdin mən çıxmışdım,

Kimsəsizlər içindən.

Qoyub getdin qaldım yenə,

Kimsəsizlər içində.


ya


Kimsə
deyirdi ki, kişi ağlamaz,

Hanı gülə-gülə ölən kişilər?

Arvadı itirən kişini duymaz,

Arvadı yanında olan kişilər.

    

Nəriman Həsənzadə geniş diapozonlu nadir sənətkarlarımızdandır.


O
, lirik şeirdən tutmuş epik siqlətli poemalara,mənzum dramdan tutmuş nəsr əsərlərinə,publisistikaya qədər müxtəlif ədəbi janrlarda formalarda gözəl sənət əsərləri yazıb, yaradıb. Bu əsərlərin hər biri ayrıca bir yerdə sistemli tədqiqatın mövzusudur.


Bununla
yanaşı, N.Həsənzadənin yaradıcılığında, xüsusilə dramaturgiyasında mühüm cəhət onun Azərbaycan tarixinə müraciət etməsidir. Sözsüz ki, tarixi əsər yaratmaq,özu nəzmlə yaratmaq  sənətkardan cəsarət istedadla yanaşı dərin analitik təhlil, tarixi-coğrafi bilgi, həmin dövrün ictimai-siyasi problemlərinin mahiyyəti barədə, habelə həmin dövrün şəxsiyyətlərinin ruhu mövqeyi barədə aydın təsəvvür tələb edir.


Lakin
bunların hamısının mayasında vətəndaşlıq, vətənpərvərlik, vətənə məhəbbət kökə bağlılıq durmalıdır.


Təbii
ki, yaranan tarixi əsərin ən mühüm məqsədi həm tərbiyəvi mahiyyət daşımalıdır. Həmin dövrün hadisələrinə müasirlik prizmasından baxmaq tələb edir. Nəriman Həsənzadənin pyeslərinin dəyəri onun müasirliyindədir,tarixilik müasirliyin vəhdət təşkil etməsindədir. “Atabəylər, “Pompeyin yürüşündə,

Zümrüd quşunda neçə-neçə şeir poemalarında olduğu kimi...


Şair
bu tarixi əsərlərə yüksək bədiilik verir.Yaratdığı bədii obrazlar bu günün oxucusuna siraət edə bilir, onun milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyələnməsinə təsir göstərir.


Nəriman
Həsənzadə xalqın, başına gətirilən bəlaları,faciələri qələmə almaqla onu öz süzgəcindən keçirərək, əsl mahiyyətini bu günkü nəsillərə çatdırmaqla həm xalqın gerçək tarixini yenidən yazır.


Oğlanlar
, qızlara hörmət eyləyin,

Ya sevin qızları, ya da rədd edin.

Aldadıb atmayın, günahdı qızlar,

Sabahkı ən əziz anadı qızlar.


N
.Həsənzadə müstəqil bir dövlətin şairi olduğunu, onun şərəfini, məsuliyyətini ağır yükünü dərk edir.

Həmişə
millətin, dövlətin bugünkü gələcək taleyindən narahatlığını bildirir. Bu baxımdan onunSəfirə məktubpoemasından bir neçə misranı oxucuların diqqətinə çatdırmaq istərdim:


Mən
qədim bir məmləkətin şairiyəm,

Kirpiyilə od götürən bir millətin şairiyəm.

Təbriz orda, Şuşa burda,

Döz, bağrı daş olan könlüm” –

yaşa burda?!

Mən bir Vətən, iki torpaq şairiyəm.

Xalq adından danışıram,

mən axı xalq şairiyəm.  

Bir millət vəkiliyəm,

mən bir millət şairiyəm,

Bir bir el ağsaqqalı,

bir bu dərd şairiyəm.


Ümumiyyətlə
, Nəriman HəsənzadəninSəfirə məktub” ,“Xarı bülbül”, “Rəsul Həmzətova məktub”, “Qafqazı, “Cavid”, “Qaçaq Kərəm”, “Nuru paşa”, “Nizamipoemaları dram əsərləri yüksək vətəndaşlıq mövqeyindən yazılmış əsərlərdir.


Nəriman
Həsənzadə həm müdrik şairdir. Onun əsərlərindən müdrik kəlamları saymaqla qurtarmır. Həmin kəlamlar istər onun şeirlərində, istər poemalarında, istərsə dram əsərlərində o qədər yerli yerində işlənir ki, həmin kəlamlar dilimizin gözəlliklərini imkanlarını nümayiş etdirməklə dərin fəlsəfi mənalar verir. Güman edirik Nəriman Həsənzadənin müdriklik dünyası xüsusi olaraqar araşdırılacaq. Fikrimcə, buna ehtiyacı vardır. 


Bir
neçə örnək:


*
Hər torpaq dünyada məmləkət olmur

    Parça varyaşayır bayraq olanda.  

* İnsan dahi olar insan yanında,

             Dahi adiləşər nadan yanında.

* Dərinə bənzəyir bulanlıq sular,

         Duru su dərindi, dayaz görünür.

* Mən sənsiz ölərəm demişdim sənə,

      Hamısı yalanmış, yaşadım sənsiz.

* Səngər nəyə gərəkdöyüş olmasa.

* Həyatda imtahan götürənlərin,

         Vaxt gəlir özü imtahan verir.

   * Dünya elədir ki, biri tapırsa,

               O biri, təbii, itirməlidir.

   * Çöllərdə qanqal da yazda gül açır

Amma ruh verir, könül açır.

   * Göz nəyi görürsə onu da deyir,

Qulağa inanma eşitdiyidir.

   * Şöhrətin sevinci, yaşın kədəri,

Tərs kimi ikisi bir vaxta düşür.


Nəriman
Həsənzadənin yaradıcılığında baş qəhrəmanlardan biri şairlərdir.


Məhz
şairlər yaşadıqları cəmiyyətdə həmişə haqq-ədalət axtarışında olub, əksər hallarda zamanın, dövrün haqsızlıqlarını qəbul etməyib, bu ədalətsizliklərə qarşı sözü, şeiri ilə mübarizə aparıblar.


Cəmiyyətdə
üşüyüb şairlər,

Həyatda yox.

Sürgün siyahısında,

Başqa siyahıda yox.

Ariflər duya bilər,

Şairləri, gəda yox.

Millətin döyüş günü,

Öndədir, arxada yox.


Nəriman
Həsənzadə həm şairlərə əsərlər həsr etməklə, onların düşüncələrini, həyat yaradıcılıqlarını bugünkü nəsilə çatdırır. Səməd Vurğun Vaqifi, Qabil Nəsimini, Hüseyn Arif  Səməd Vurğunu müasir Azərbaycan oxucusuna tanıtdırdısa, Nəriman Həsənzadə bu ənənəni davam etdirərək Nizaminin, Füzulinin, Xəqaninin, Cavidin, Müşfiqin taleyini yenidən oxudu.

    

Xaqani, Nizami, Füzuli babam!

Siz tutun əlimdən haraylayıram.

İndi... Sizdən sonra qələm götürmək,

Şairlik sözünü dilə gətirmək,

Bilirəm çətindir, əsl hünərdir,

Çətindir sənətin şöhrəti, şərti,

Lakin dilə gəlib əlimdə qələm

Mən Sizi sonsuz da qoya bilmərəm.


Nəriman
Həsənzadə daha neçə-neçə şairə şeirlər poemalar həsr edib. Şair yaradıcılığı boyu dönə-dönə,
Cavid
-Müşfiq adını çəkir , cəmiyyətin diqqətini Cavid, Müşfiq faciəsinə yönəltməklə, şairlərin belə talelərinin bir daha təkrar olunmaması üçün çağırış edir. Nəriman Həsənzadə böyuk şairləri əfsanələşdirməklə, elə özü əfsanələşir.


Onun
Xalq şairi Məmməd Araza xitabən yazdığı şeirin bir bəndi dediklərimizin təsdiqi olar:


Mənim
dualarım şeirlərimdi,

Sənə həsr edirəm behişt duamı.

Yerdə yerim yoxdur, göylər yerimdi,

Tanrının yanında eşit duamı.


Nəriman
Həsənzadənin özü zaman-zaman saysız-hesabsız tənqidlərə, haqsızlıqlara məruz qaldı. Lakin sınmadı, əyilmədi, sarsılmadı. Mübarizələrlə dolu bir yaradıcılıq ömrü yaşadı mətinliklə yaradıcılıq zirvələrinə ucaldı.Şair özünə həsr etdiyiTərcümeyi-halşeirində bu keşməkeşli ömrünü qısa, lakin lakonik formada belə səciyyələndirir:


Döyüldüm
dəmir kimi,

Döyüşdə gərək oldum.

Yoğruldum xəmir kimi,

Gördülər çörək oldum.

Əkildim torpaq kimi,

Göyərdim çiçək oldum.

O qədər dandılar ki,

Axırda gerçək oldum.


Nəriman
Həsənzadə yaradıcılığının mühüm məqamlarından biri bədii təsvirlərdən məharətlə istifadə etməsidir. Onun qeyri-adi istedadı, peşəkarlığı, duyumu, Azərbaycan dilinin gözəlliklərini dərindən bilməsi məharətlə istifadə etməsi mənalı poetik incilərin yaranması ilə nəticələnir.


Bir
neçə misal:


Axır
Gəncə çayı... orda elə bil,

Xəmsədən bir misra çöllərə düşüb.


ya


Göy
-göl güzdü tutub göyün üzünə,

Elə bil o boyda göl yerə düşüb.


Yaxud


Qurşayın
Arazı mənim belimə,

Tomrisin açılmış kəməridir o.


Tanrı
, Nəriman Həsənzadəyə böyük şair olmaqla bərabər, həm qeyri-adi yaddaş bəxş edib. O, az-az şairlərimizdəndir ki, öz şeirlərini, hətta bəzi poemalarını yadında saxlaya bilib. Yəqin, Nərimansevərlər yaxşı bilirlər ki, indi oxucular arasında populyar olan şeirlərin hamısını Nəriman Həsənzadə bu gün əzbərdən deyə bilir. Onun öz dilindənNuru paşa”, “Qaçaq Kərəm digər poemalarını dinləməkdən doymaq olmur.


Ümumiyyətlə
, Nəriman Həsənzadənin öz səsində, öz ifasında şeir çox gözəl səslənir, onun səsində bir həlimlik, bir həzinlik, bir sığal var. Şeir onun ifasında daha canlı, daha təsirli, daha anlaşılandır oxucunu dərhal ovsunlayır.


Nəriman
Həsənzadə bütün xüsusiyyətləri ilə yanaşı, həm büllur kimi tər-təmiz, son dərəcə səmimi, xeyirxah, sadə, incə qəlbli, kövrək, hətta bir az da sadəlövh bir insandır.


Şeirlərinin
mayası da burdan gəlir.Öz xarakterini,təbiətini özündən yaxşı kim bilərki!?


Şeir
yazdığım gün məğrur oluram,

İlham ki xəfifcə sinəmə dolur,

Bir şeh damlasıtək büllur oluram,

Dünya dünyada yox, məndə əks olur. 

Ramiz GÖYÜŞOV

 





17.11.2014    çap et  çap et