525.Az

Fransızların yarıdan çoxu Makronun istefasını dəstəkləyir - Sorğu


 

Fransızların yarıdan çoxu Makronun istefasını dəstəkləyir - <b style="color:red"> Sorğu</b>

Fransa vətəndaşlarının 50%-dən çoxu prezident Emmanuel Makronun 2025-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün istefa verməsi ideyasını dəstəkləyirlər.

525.az xəbər verir ki, bu barədə ölkə vətəndaşları arasında keçirlən rəy sorğusunun nəticələri göstərib.

Respondentlərin təxminən 54%-i Makronun istefası və prezident seçkilərinin 2027-ci ilə deyil, 2025-ci ilə təxirə salınmasına müsbət yanaşır. Bundan başqa, fransızlar ölkədəki siyasi vəziyyətdən narahatdırlar, respondentlərin 40%-i Fransada mövcud böhrandan çıxış yolunu görmür.

Qeyd edək ki, dekabrın 4-də Fransa parlamentinin aşağı palatası Mişel Barnier hökumətinə etimadsızlığın lehinə səs verib. Hökumət 1962-ci ildən bəri ilk dəfə istefaya getməli olacaq.

Pərvanə Sultanova

 





05.12.2024    çap et  çap et