525.Az

Osimhen PSJ-nin hədəfində


 

Osimhen PSJ-nin hədəfində<b style="color:red"></b>

PSJ "Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhenlə maraqlanır. 

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb. Paris təmsilçisi klubu tərk etməyə yaxın olan futbolçusu Randal Kolo Muanini 25 yaşlı nigeriyalı hücumçu ilə əvəzləmək istəyir. Osimhenin transfer dəyərinin yanvarda yay aylarına nisbətən daha ucuz olacağı bildirilir. 

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 12 matça çıxaraq 9 qol vurub və 5 qolun ötürməsini edib. O, "Napoli" klubunu məxsusdur. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. 

 





05.12.2024    çap et  çap et