525.Az

Ali təhsildə nostrifikasiya proseduru: yeniliklər və irəliləyişlər


 

Ali təhsildə nostrifikasiya proseduru: yeniliklər və irəliləyişlər <b style="color:red"></b>

Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədəqanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlərə dair sərəncama əsasən AzərbaycanAvropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyasına qoşulub onun icrası Təhsil Nazirliyinə həvalə olunub. Bu sərəncama müvafiq konvensiyanın müddəalarına əsasən hazırlanan, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilənXarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları həyata keçirmək məqsədilə Təhsil Nazirliyinin əmri ilə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması xarici dövlətdə alınan təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı Nazirliyin Aparatında Təhsil sənədlərinin tanınması işi üzrə sektor yaradılıb.

Təhsil naziri Misir Mərdanov deyir ki, təhsil sənədlərinin tanınması ilə əlaqədar müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində Türkiyədə təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edir. Təqdim edilən sənədlər arasından qeyri-qanuni faktlar aşkarlanır onların Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul olunur. Nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi hallarına da təsadüf olunur. Saxta diplomları verən ali məktəblər arasında Rusiya, Böyük Britaniyanın, ABŞ-ın, Qazaxıstan Özbəkistan respublikalarının bəzi tədris ocaqlarını göstərmək olar. Eyni zamanda, Təhsil Nazirliyinin Dövlət Sərhəd Xidməti İdarəsinin birgə əməkdaşlığı nəticəsində xarici ölkələrdə ali təhsil diplomları əldə edən vətəndaşların təhsil müddətində dövlət sərhədindən keçmə faktlarınınGiriş-çıxışavtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında qeydə alınmamasını ya qısa müddət ərzində qeydiyyata alınmasını sübuta yetirmək mümkün olub. Həmin məlumatlara ekspertlərin vətəndaşlarla keçirdiyi görüşlərə əsasən məlum olub ki, onlar arasında çoxlu sayda formal ali təhsil almış savadsız ixtisası haqqında heç bir məlumatı olmayan insanlar da var. Mənfi cavab alanların bəziləri isə ölkə ərazisində qanunsuz fəaliyyət göstərən xarici ölkələrin ali təhsil müəssisələrinin (məntəqə filialların) məzunlarıdır. Onların fəaliyyəti 1 saylı yerli İqtisad Məhkəməsinin müvafiq qərarlarına əsasən dayandırılıb: “Sevindirici haldır ki, ixtisasların tanınması haqqında şəhadətnamə alanlar arasında uzaq xaricdə, xüsusilə Avropa Amerika Birləşmiş Ştatlarının aparıcı ali məktəblərini müvəffəqiyyətlə bitirərək ölkəmizə qayıdan gənclərimiz az deyil. Xarici ölkələrin ali məktblərindən məzun olan azərbaycanlıların əksəriyyəti ölkənin dövlət özəl müəssisələrində, həmçinin orta ali məktəblərində işlə təmin olunublar. Dövlətlərarası razılaşmalar əsasında Təhsil Nazirliyinin xətti ilə xarici ölkələrə təhsil almağa göndərilən Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin nostrifikasiya proseduru sektor tərəfindən çox sadələşdirilmiş şəkildə aparılır. Bunun əsas səbəblərindən biri dövlət xətti ilə təhsil almağa göndərilən vətəndaşlar barədə nazirlikdə xüsusi məlumat bankının olmasıdır”.

 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları haqqında danışan nazirin sözlərinə görə, bu QaydalarAvropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədəAzərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqındaprezidentin sərəncamının 1-ci bəndinə əsasən hazırlanıb. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycanda verilən ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik peşə hüquqlarının verilməsi deməkdir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycanda işə qəbul zamanı bu ölkənin qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir: “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi ya maraqlı olan təşkilatın, hüquqi fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir”.

 Ali təhsil sahəsində ixtisasların tanınması prosedurunun təşkili haqqda məlumat verən M.Mərdanov bildirib ki, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) ali təhsil haqqında sənəd, tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs buraxılış işlərinin nəticələri tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənəd əlavə edilir. Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini praktik təcrübəsini təsdiq edən sənədlər təqdim edə bilər. Ali təhsil haqqında sənəd ona əlavənin Azərbaycan dilinə tərcüməsi, notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycanın ali təhsil haqqında sənəd verən ölkədəki səfirliyində (konsullugunda) ya Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər tövsiyələr, təhsilin dövlət standartları Azərbaycanın təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

Ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması, təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulması zəruridir: “Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir”.

M.Mərdanovun dediyinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir. Ekspertizaxarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması xarici dövlətdə alınmış təhsilin ölkədə qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycanda təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi: “Təhsilin məzmunun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinin elmi-metodiki bölmələri təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspertiza zamanı tədris planının proqramlarının məzmunu, attestasiya sistemləri, öyrənilmiş fənlərin həcmi, fənlər üzrə attestasiyanın nəticələri, istehsalat təcrübəsi onun müddəti, yekun attestasiyanın nəticəsi nəzərə alınır. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycanda təhsilin dövlət standartlarına uyğun olması aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ var. Ekvivalentlik haqqında şəhadətnamə təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycanın müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğuna əsasən verilir. 3.6- bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər: “Mənfi rəy xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar ölkədə müvafiq sənədin verdiyi hüquqlardan az olduqda xarici ölkələrdə verilən təhsil istiqamətlər üzrə qiyabi əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin istiqamət üzrə belə təhsil formasına yol verilmədikdə verilə bilər. Tanınmaq ekvivalentlik haqqında şəhadətnamə almaq üçün təqdim olunan ixtisasla Azərbaycanda qüvvədə olan mütəxəssis hazırlığının məzmununa, səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı ya hazırlıq sahəsi ölkədə qəbul edilən ali ixtisas təhsilinin istiqamətlərinin, ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir”.

 Təhsil naziri vurğulayıb ki, xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması ekvivalentlik haqqında şəhadətnamə təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir, yaxud da bildirişli poçtla göndərilir. Tanınmadan ekvivalentlik haqqında şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər.

 Nazir əlavə edib ki, ayrı-ayrı ölkələrlə təhsil sahəsində yaradılan əməkdaşlıq birgə proqram layihələrin reallaşdırılmasına, tələbə, müəllim mübadiləsinə, təhsil sənədlərinin qarşılıqlı tanınmasına, innovasiyaların tətbiqinə, ümumilikdə ölkə təhsilinin inkişafına beynəlxalq aləmə inteqrasiyasına əlverişli imkan yaratmaqla yanaşı, son nəticədə ölkələr arasında siyasi, iqtisadi mədəni əlaqələrin təşəkkülünə gətirib çıxarır. Təqdirəlayiq haldır ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində yaradılmış səmərəli əməkdaşlıq əlaqələri xeyli genişlənib. Bu gün Təhsil Nazirliyi dünyanın 30-dək dövlətilə təhsil əlaqələri yaratmışdır. Belə ki, hazırda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Pakistan, Ukrayna, Gürcüstan, Çexiya, Slovakiya, Avstriya, Qazaxıstan, Özbəkistan, Rumıniya, Latviya, Belorus, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Tacikistan sair kimi ölkələrlə birbaşa təhsil əlaqələri mövcuddur. Həmin ölkələrlə beynəlxalq əməkdaşlığımız Azərbaycanın milli maraqlarına ölkə Prezidenti tərəfindən müəyyən olunmuş xarici siyasət strategiyasına uyğun həyata keçirilir: “Yalnız son bir neçə ildə Türkiyə, Rusiya, Gürcüstan, Çin, İran, Misir, Avstriya, Pakistan, Qazaxıstan, Özbəkistan, Rumıniya, Cənubi Koreya, Latviya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Tacikistan kimi ölkələrlə təhsil sahəsində əməkdaşlıq haqqında saziş protokollar imzalanıb. Hazırda Azərbaycanla Türkiyə arasında təhsil sahəsində çoxtərəfli inkişaf etmiş əlaqələr mövcuddur. Türkiyə ilə Azərbaycanın bu sahədəki əməkdaşlığı məzmun miqyasına görə digər ölkələrlə müqayisədə çox geniş spektri əhatə edir.

 Belə ki, ötən 18 il ərzində iki qardaş ölkə arasında təhsil sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirmək üçün lazımi hüquqi baza yaradılıb. 1992-ci ildə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq barədə müqavilə, 1994- ilin fevralında Türkiyə ilə Azərbaycan arasında elm, texnika, sosial, mədəni iqtisadi sahələrdə əməkdaşlıq müqaviləsi, 1997-ci ilin martında Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil elm sahələrində əməkdaşlıq protokolu imzalanıb. Bu sənədlərdə təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığı, o cümlədən qarşılıqlı tələbə mübadiləsini təmin edən müddəalar öz əksini tapıb.

 Bununla yanaşı, həmin sənədlərdə Azərbaycan ali məktəblərində verilən ixtisasların diplomların Türkiyə tərəfindən tanınması məsələsi öz həllini tapmamışdı. Bu, sonrakı illərdə Azərbaycan ali məktəblərini bitirən Türkiyə vətəndaşlarının diplomlarının Türkiyənin müvafiq qurumları tərəfindən tanınmasında ciddi problemlərin yaranmasına səbəb olurdu. Türkiyə vətəndaşları yalnız öz ölkələrinin Ali Təhsil Şurası (YöK) tərəfindən tanınan ali məktəblərin müvafiq ixtisaslarında təhsil aldıqda belə problemlərlə rastlaşmırdılar. Məsələnin həlli, yəni Azərbaycanın ali məktəblərinin diplomlarının Türkiyə tərəfindən tanınması üçün hüquqi bazanın yaradılması son dərəcə zəruri idi. Bu məsələ 1998-ci ilin noyabrında Türkiyədə imzalanmışAzərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyənin Milli Təhsil Nazirliyi Ali Təhsil Şurası rəhbərliyi arasında təhsil elm sahələrində əməkdaşlıq haqqında razılıq Protokolunda öz əksini tapdı bununla da iki ölkə arasında tələbə mübadiləsində yeni bir mərhələnin əsası qoyuldu. Belə ki, bu protokolun Türkiyə ilə təhsil sahəsində imzalanmış əvvəlki sənədlərdən əsas fərqi məhz türkiyəli gənclərin Azərbaycan ali məktəblərində təhsil alması onların təhsil sənədlərinin Türkiyədə tanınmasının təsbit edilməsində idi. İmzalanmış protokola əsasən hüquq, beynəlxalq hüquq, tibb, inşaatla əlaqədar olan ixtisaslar istisna olmaqla, digər ixtisaslar üzrə diplomların tanınması o dövr üçün böyük bir uğur idi. Protokolun daha bir əhəmiyyətli cəhəti ondan ibarət idi ki, bundan sonra Türkiyə tərəfinin Azərbaycana ayırdığı təqaüdlərin universitetlər ixtisaslar üzrə bölgüsü Azərbaycan tərəfinin təklifləri əsasında formalaşmağa başladı. Həmin vaxtadək Türkiyəyə dövlət xətti ilə göndərilən tələbələr heç həmişə ölkəmiz üçün gərəkli ixtisaslara uyğun təhsil almırdılar. Yəni göndərilən tələbələrin təhsil alacaqları ixtisaslar ali məktəblər Türkiyənin Ali Təhsil Şurası (YöK) tərəfindən müəyyən olunurdu. Buna görə qeyd olunan prinsipin tətbiqi ayrılan yerlərdən daha səmərəli istifadəni ölkəmiz üçün zəruri ixtisaslar üzrə kadr hazırlığını təmin etmiş oldu. Protokolda həmçinin orta ali məktəb müəllimlərinin mübadiləsi, dərslik nəşriyyat, türkdilli respublikaların ümumtəhsil məktəblərində tədris olunacaq tarix ədəbiyyatla əlaqədar ortaq dərs vəsaitlərinin hazırlanması məsələləri öz əksini tapmışdı. Qeyd olunan protokol Azərbaycanda həyata keçirilən təhsil islahatlarına Türkiyə tərəfinin hərtərəfli yardım göstərməsi bu sahədə faydalı əməkdaşlığın qurulması üçün real zəmin yaradırdı. Belə ki, Təhsil Nazirliyinin nümayəndə heyətinin 22 iyul – 4 avqust 1999-cu il tarixlərində Türkiyəyə növbəti səfərinin məqsədi Türkiyədə aparılan təhsil islahatlarının gedişi ilə tanış olmaq, bu ölkənin təcrübəsini yaxından öyrənmək idi. Həmin il Dünya Bankının texniki dəstəyi ilə Azərbaycanda orta təhsil sistemində islahatlara başlanıb. Bununla əlaqədar Qərb təhsil sisteminə inteqrasiya yolunda böyük uğurlar əldə etmiş Türkiyə təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət daşıyırdı. Artıq Türkiyə ilə təhsil əlaqələri qurulmuş, fəaliyyət üçün hüquqi əsas yaradılmışdı, ölkələrimiz arasında əməkdaşlıq daha da genişlənirdi. Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq tarixində xüsusi səhifələrdən biri 2000-ci ilin dekabrında Türkiyə Respublikası Milli Təhsil Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlıdır. Səfər zamanı həmin ildə Bakıda baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş iki məktəbin təmirini Türkiyə Respublikası Milli Təhsil Nazirliyi öz üzərinə götürdü sonradan Bakı şəhərindəki İncəsənət Gimnaziyası Səbail rayonundakı 7 nömrəli orta məktəbin təmiri həyata keçirildi. Səfər zamanı Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil elm sahələrində əməkdaşlıq haqqında növbəti protokol imzalandı. Bu protokolda ali təhsil diplomlarının qarşılıqlı tanınmasında hələ mövcud olan problemləri həll etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası (YöK) mütəxəssislərindən ibarət yaradılacaq Birgə Komissiyanın ildə bir dəfə Bakıda ya Ankarada görüşməsi qərara alındı. Məhz həmin protokola əsasən formalaşmış Birgə Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan ali məktəblərinin müvafiq ixtisaslarının tanınması sahəsində müəyyən irəliləyişlərə nail olundu. Protokola əsasən, azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərində dövlət xətti ilə təhsil almaları üçün Türkiyə dövləti hər il 150 yerin ayrılmasını nəzərdə tutdu bu qərar indi öz gücündədir”.

 M.Mərdanovun sözlərinə əsasən, bu vaxta qədər bir çox ixtisasları tanınan Azərbaycan Dillər Universitetinin avropaşünaslıq beynəlxalq əlaqələr fakültəsi Azərbaycan Memarlıq İnşaat Universitetinin inşaat mühəndisliyi ixtisası əlavə olaraq tanınıb, Sumqayıt Dövlət Universitetinin filologiya, fizika elektroenerji, kimya, mexanika-riyaziyyat tarix fakültələrinin ixtisasları tanınıb. Azərbaycan Milli Konservatoriyasının tanınmış müxtəlif ixtisaslarına xüsusi imtahan nəticələrinə görə 55 türkiyəli tələbə üçün yer ayrılıb: “Türkiyədə təhsil alan həmvətənlərimizin təhsili ilə bağlı bütün məsələlərin həll edilməsi üçün müvafiq tədbirlərin görülməsi, onların təhsildə əldə etdikləri göstəricilərin təhlili şərhi, təhsilalanların ali məktəblər, ixtisaslar pillələr üzrə dəqiq statistikasının tərtib edilməsi Təhsil Nazirliyinə təqdim olunması, Təhsil Nazirliyinin Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ali Təhsil Şurası digər əlaqədar qurumlarla koordinasiyanın təşkil edilməsi, Türkiyədə qəbul olunan qərarlar haqqında operativ şəkildə ölkənin Təhsil Nazirliyinə məlumat verilməsi, Türkiyənin müvafiq dövlət qurumlarının təşkil etdiyi tədbirlərdə iştirak etmək müzakirə olunan məsələlərə dair Təhsil Nazirliyinin mövqeyinin bildirilməsi kimi funksiyaların yerinə yetirilməsi ilə bağlı Türkiyədə təhsil təmsilçimiz fəaliyyət göstərir. 2008-ci ildən təmsilçiyə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi statusu verilmişdir. Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində təhsil üzrə müşavir fəaliyyət göstərməkdədir. Hazırda Türkiyə universitetlərində azərbaycanlı tələbələr, əsasən, aşağıdakı ixtisaslar üzrə təhsil alıb yaxud almaqdadırlar: bakalavr pilləsində: mühasibat, beynəlxalq əlaqələr, beynəlxalq iqtisadi əlaqələr, hüquq, türk dili ədəbiyyatı, tibb, əczaçılıq, dövlət idarəçiliyi, kompüter mühəndisliyi, iqtisadiyyat, maliyyə, menecerlik, bank işi, xarici dillər, memarlıq, inşaat, sosiologiya, turizm mehmanxana işi, idxalat ixracat üzrə kommersant mütəxəssislər, sahibkarlığın iqtisadiyyatı, yüngül sənaye yeyinti sənayesi texnologiyaları, meşəçilik, jurnalistika ixtisasları. Magistratura doktorantura pillələrində: yuxarıda göstərilənlərə həm tibb uzmanlığı (ordinatura), ticarət hüququ, dövlət hüququ, mülki hüquq, sosial psixologiya, sənaye psixologiyası, iqtisadi inkişaf beynəlxalq iqtisadiyyat, marketinq, insan ehtiyatları menecmenti, əməyin iqtisadiyyatı sənaye əlaqələri, elektrik elektronika mühəndisliyi, dəniz rabitəsi mühəndis menecer, idarəetmə təşkilatçılıq, molekulyar biologiya, ilahiyyat, müasir türk ləhcələri, fəlsəfə ixtisasları. Sevindirici haldır ki, indi ölkənin ali orta məktəbləri, Xarici Daxili İşlər nazirlikləri, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Konstitusiya Məhkəməsi, Milli Elmlər Akademiyası, digər dövlət qurumları müəssisələrində çalışan mütəxəssislər arasında Türkiyə ali məktəblərinin çoxsaylı məzunlarına rast gəlmək olar. İxtisasca iqtisadçı bank işçisi olanların müəyyən bir qrupu respublikamızda fəaliyyət göstərən dövlət özəl banklarda çalışırlar. Bir qayda olaraq, həmin məzunlar yüksək peşəkarlığı səriştəliliyi ilə fərqlənirlər. Türkiyə ali məktəblərinin tibb kadrlarının hazırlanması təcrübəsi xüsusi qeyd edilməlidir. Bu gün Azərbaycanın tibb müəssisələrində yüksək peşəkarlığı ilə fərqlənən həkimlərin əksəriyyəti məhz Türkiyənin ali məktəblərinin məzunlarıdır.

Sevinc QARAYEVA

 





19.11.2012    çap et  çap et