525.Az

Cənubi Koreyada müdafiə nazirinin istefası qəbul edilib


 

Cənubi Koreyada müdafiə nazirinin istefası qəbul edilib<b style="color:red"></b>

Cənubi Koreyada prezident Yoon Suk Yeol ona dekabrın 3-nə keçən gecə hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri Kim Yonq-hyun istefasını qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Aparatından verilən açıqlamada Yoonun müdafiə naziri Kimin istefasını qəbul etdiyi bildirilib.

Prezident Yoonun elan etdiyi hərbi vəziyyət əvvəlcə parlamentin səsverməsi, daha sonra isə nazirlər şurasının təsdiqi ilə bir neçə saat ərzində ləğv edilib.

Müdafiə naziri Kim dünən verdiyi yazılı açıqlamada hərbi vəziyyət elan edərək narahatlıq və xaosa səbəb olduğu üçün vətəndaşlardan üzr istəyib.

Bu arada, müdafiə naziri Kim istefasını elan etməzdən bir qədər əvvəl müxalifət partiyaları parlamentə hərbi vəziyyətin elan edilməsinin qanunsuz olduğunu əsas gətirərək Yoonun impiçment prosesini başladan vəsatət təqdim ediblər.

Müdafiə Nazirliyi nazir Kimin Yoona hərbi vəziyyət elan etməyi təklif etdiyini təsdiqləyib. Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Kimin Yoona yaxın olduğu məlumdur.

Yoon Kimin yerinə Səudiyyə Ərəbistanı səfiri Çoi Byonq-hukun müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb. İstefada olan general Çoi 2019-2020-ci illərdə Cənubi Koreya-ABŞ Birləşmiş Qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Malik Atilay

 





05.12.2024    çap et  çap et