525.Az

ABŞ-də məktəbdə atışma - 2 şagird yaralandı


 

ABŞ-də məktəbdə atışma - <b style="color:red">2 şagird yaralandı</b>

Kaliforniya ştatında məktəbdə atışma nəticəsində 2 nəfər yaralanıb.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 14:00-da Palermo şəhərinin "Feather River" məktəbində baş verib.

Yerli polis idarəsinin verdiyi açıqlamada insidenti törədən şəxsin intihar etdiyi bildirilir. Hadisənin dini zəmində törədildiyi ehtimal olunur. Hər halda cinayətkarın adı ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, yaralanan 2 oğlan uşağı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır. 

L.Tağıyeva

 





05.12.2024    çap et  çap et