525.Az

San-Paulu aeroportunda təyyarə qəzası


 

San-Paulu aeroportunda təyyarə qəzası<b style="color:red"></b>

Braziliyanın San-Paulu şəhərinin "Konqonyans" aeroportunda uçuşa hazırlaşan iki təyyarə toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 3 gün əvvəl baş versə də, mediaya bu haqda səhər məlumat sızıb.

Təyyarələrin hər ikisi "LATAM Airlines Brasil" aviaşirkətinə məxsus "Airbus" təyyarəsi olub. Onlardan biri uçuşa hazırlaşarkən qanadı ilə digər təyyarənin quyruq hissəsini zədələyib.

Hava limanı yetkilirinin verdiyi açıqlamaya görə, hər iki təyyarə yoxlanış və təmir üçün uçuşdan alınıb. Reyslər digər təyyarələrlə həyata keçirilib.

Qeyd edək ki, təyyarələrin hər ikisi ciddi zədə alsa da, insan tələfatı yoxdur.

L.Tağyeva

 





06.12.2024    çap et  çap et