525.Az

Xalq yazıçısı Anar Moskvada şagirdlərlə görüşüb


 

Xalq yazıçısı Anar Moskvada şagirdlərlə görüşüb<b style="color:red"></b> Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzində azərbaycanlı tələbə və şagirdlərlə görüş keçirilib.

Mərkəzdən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Xalq yazıçısı Anar, Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov, Azərbaycanlıların Mədəniyyət və Həmrəylik Mərkəzinin inkişaf üzrə direktoru və Gənclər Birliklərinin sədri Ramil İsmayılov, ziyalılar, şagird və tələbələr və valideynlər iştirak ediblər.

Tədbirdə Xalq yazıçısı Anar şagird və tələbələrə yaradıcılığı haqqında söhbət açıb, onları maraqlandıran sualları cavablandırıb.

Sonra Moskva şəhərində 1793 nömrəli liseyin 10-cu sinif şagirdi və Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin əlaçı təqaüdçüsü Rübabə Məmmədova əlaçı şagird kimi mükafatlandırılıb. Mükafatı Rübabə Məmmədovaya Xalq yazıçısı Anar təqdim edib.

Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov və yazıçı Anar R. Məmmədovaya uğurlarının davamlı olmasını və yaxın gələcəkdə tələbə adını qazanmağı arzulayıblar.
 





17.11.2014    çap et  çap et