Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tanınmış müəllimlərindən biri, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov 88 yaşında dünyasını dəyişib.
525.az xəbər verir ki, Mahmud Mahmudov 50 ilə yaxın müddətdə universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, jurnalistika sahəsində dəyərli töhfələr vermiş nüfuzlu alim və müəllim idi. Onun əvəzsiz fəaliyyəti təkcə tədris sahəsində deyil, həm də Azərbaycan jurnalistikasının inkişafında mühüm iz buraxıb.
Mahmud Mahmudovun həmkarları, tələbələri və onu tanıyanlar onun yüksək peşəkarlığını, tələbələrinə qarşı həssas münasibətini və elmə bağlılığını xüsusi vurğulayırlar.
Allah rəhmət eləsin!