Federal Gəlirlər Şurası (FBR) 2024-cü il sazişi çərçivəsində Azərbaycan-Pakistan tranzit ticarətini asanlaşdırmaq üçün qaydalar layihəsini təqdim edib.
525.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə maliyyə təminatı olmadan yüklərin Pakistana və Pakistandan daşınmasına icazə veriləcək.
Beləliklə, Karaçi, Port Qasım və Qvadar limanları vasitəsilə regional ticarət təşviq ediləcək.