525.Az
Cəfər Cabbarlının 115 illik yubileyi keçiriləcək
Noyabrın 21-də Xızıda, Cəfər Cabbarlının ev-muzeyində ədibin 115 illik yubileyi keçiriləcək.
Lent.az-ın məlumatına görə, tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, ədəbi irsindən bəzi nümunələr səsləndiriləcək.
Qeyd edək ki, tədbir Xızı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun və C. Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
18.11.2014
çap et