525.Az

Sudanda qarşıdurma - 9 nəfər öldü


 

Sudanda qarşıdurma - <b style="color:red">9 nəfər öldü</b>

Sudanın paytaxtı Xartumda 20 aya yaxındır ordu ilə qarşıdurmada olan Çevik Dəstək Qüvvələrinin (HDK) həyata keçirdiyi hücumda 9 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Xartum əyalətinin Səhiyyə Nazirliyindən verilən açıqlamada HDK-nın paytaxtın qərbində yerləşən Umdurman bölgəsindəki yaşayış məntəqələrini artilleriya atəşi ilə hədəfə aldığı paylaşılıb.

Qeyd edək ki, açıqlamada hücumda 9 nəfərin həyatını itirdiyi, 35 nəfərin yaralandığı bildirilib.

Malik Atilay 

 





09.12.2024    çap et  çap et